|
Əhmədzadə Mübariz Cuma oğlu Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
Mübariz Cuma oğlu Əhmədzadə 15 yanvar 1947-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini Mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1970-ci ildə Zaqatala Maşın-melorasiya stansiyasınada sahə mühəndisi kimi başlamışdır. 1976-1979-cu illərdə Qax rayon Yol İstehsalat Dairəsinində rəis vəzifəsində çalışmışdır. 1979-1984-cü illərdə Qax rayon Təsərrüfatlararası Tikinti İdarəsində rəis olmuşdur. 1985-1989-cu illərdə Qax rayonundakı 94 №-li Səyyar mexanikləşdirilmiş dəstənin rəisi. 1989-2007-ci illərdə Qax "Avtonəqliyyat" müəssisəsinin rəhbəri vəzifəsində çalışmışdır. 27 dekabr 2007-ci ildən -1 sentyabr 2009-cu ilədək Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra etmişdir.
Ailəlidir. 3 övladı var.
|