Şriftin ölçüsü :

Saytın rəngi :

Vakansiyalar

Hörmətli həmkarlar,

Dövlət İmtahan Mərkəzi tərəfindən  dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 2 oktyabr 2024-cü il tarixində daxili müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 16 oktyabr 2024-cü il tarixi, saat 18:00-dək davam edəcək. Aşağıda göstərilmiş linkə daxil olaraq aidiyyəti dövlət orqanı üzrə elana çıxarılmış vəzifələrin adları, vəzifə təlimatı və müsahibə proqramları ilə tanış ola bilərsiniz

 https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=554

 

Əlavə məlumat:

·         Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə (təhsilə dair tələb, iş stajına dair tələb və s.) cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. 

·         Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

·         Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.

 Əlaqə məlumatları: 

·         Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti (012) 310 53 16 (daxili 2502, 2503, 2504); e-mail: dqqeydiyyat@dim.gov.az;

·         Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1757; 1766), (055) 202 17 13; e-mail: dqqebul@dim.gov.az;

·         Namizədlərin vəzifə üzrə müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanılması ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1762); e-mail: l.qedirova@dim.gov.az;

·         Müsahibələrin keçirilmə qrafikinin hazırlanması ilə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.: (012) 310 53 16 (daxili 2105; 2106; 2108), (055) 205 78 27; e-mail: k.safarov@dim.gov.az;

 

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi  tərəfindən keçiriləcək ümumi müsahibəyə Zaqatala Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 4 vakant vəzifə təqdim olunub.

  1. Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Memarlıq və tikinti şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri - baş memar (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  2. İcra nümayəndəlikləri, Aşağı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  3. İcra nümayəndəlikləri, Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini - İHB-nın nümayəndəsinin müavini (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  4. İcra nümayəndəlikləri, Suvagil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması

Dövlət İmtahan Mərkəzi tərəfindən  dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 16 sentyabr 2024-cü il tarixində ümumi müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 15 oktyabr 2024-cü il tarixi, saat 18:00-dək davam edəcək.

 https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=550

Əlavə məlumat:

·         Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə (təhsilə dair tələb, iş stajına dair tələb və s.) cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. 

·         Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

·         Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.

 

Hörmətli həmkarlar,
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 23 sentyabr 2024-cü il tarixində müsabiqə üzrə müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 22 oktyabr 2024-cü il tarixi, saat 18:00-dək davam edəcək. 

A növü inzibati rəhbər vəzifələr üzrə:

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=552


B növü inzibati icraçı vəzifələr üzrə:

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=553

 

 

Keçidlər