İnfrastruktur
İnfrastruktur
Rayon ərazisindən keçən avtomobil, dəmir yollarının uzunluğu və kateqoriyaları haqqında məlumat
Rayon ərazisindən keçən avtomobil yolları
- Respublika əhəmiyyətli yol 50 km, 3-cü kateqoriya
- Yerli əhəmiyyətli yollar 257 km, 4-cü kateqoriya
Rayonun Dəmir yolu xətti 1986-ci ildə çəkilmişdir. Rayon ərazisindən keçən dəmir yolunun uzunluğu 22 km-dir. 3-cü kateqoriyalıdır.
Rayonun iri dövlət və şəxsi müəssisələri haqqında
məlumat
Son illərdə rayonda Dövlət Proqramının icrası olaraq ayrı-ayrı sahələr
üzrə 300-dən artıq layihə həyata keçirilmiş, bir sıra müəssisələrin
fəaliyyəti bərpa edilmiş və yeni müəssisələr açılmışdır.
Rayonda dövlət mülkiyyətində olan müəssisələr:
17 saylı Yol İstismar İdarəsi:
Müəssisənin 2 ədəd saatlıq istehsal gücü 75 ton olan asfalt
zavodu vardır. Müəssisənin orta illik məhsul istehsalı 1,5 milyon
manatdır. Müəssisədə 145 nəfər işçi çalışır.
Şəxsi müəssisələr haqqında:
İstehsal gücü sutkada 600 kub metr olan Dəmir-beton məmulatları zavodu:
Beton emalı və çınqıl istehsalı ilə məşğul olur. Müəssisədə 32 nəfər işçi çalışır.
Respublikada yeganə Gül yağı emalı ilə məşğul olan "Cəliar" firmasının efir yağları emalı müəssisəsi:
Müəssisə ildə 35 ton gül ləçəyi-4,5 kq gül yağı emal edir. Bundan əlavə müəssisədə gül mürəbbəsi, gül likörü, gülab, gül çayı, ətirli salfetlər, gül şərbəti, saç kremi, lasyon, sabun kimi məhsullar da istehsal edilir. Müəssisədə 25 nəfər işçi çalışır.
“Acalov” MMC:
Pivə və digər alkoqolsuz içkilər istehsalı ilə məşğul olur. Müəssisədə 45 nəfər işçi çalışır.
“Çay” MMC:
Müəssisədə xüsusi ətri və dadı ilə seçilən 4 növdə- Buket, Ekstra, Əla növ, 1-ci növ çaylar istehsal olunur. İldə 20 tona qədər quru çay istehsal olunur. Müəssisədə 25 nəfər işçi çalışır.
“Azərsun” MMC:
Fındıq emalı ilə məşğul olan ən iri müəssisələrdən biridir. Rayonda fındıqçılıq sahəsi kifayət qədər inkişaf etmişdir. Fındıq emalı sənaye məhsulunun 45-50 faizini təşkil edir.
Müəssisənin gündəlik istehsal gücü 20 tondur. Ləpə və fındıq ununun istehsalı ilə məşğul olur. Müəssisədə 250 nəfər işçi çalışır.
“AQRO-VEST” MMM:
Gündəlik istehsal gücü 5 tondur. Ləpə istehsalı ilə məşğul olur. Fındıq unu və digər yarımfabrikantların istehsalı üçün İtaliyadan avadanlıqlar gətirilmiş və quraşdırılmasına başlanılmışdır. Müəssisədə 90 nəfər işçi çalışır.
“AZƏRSTAR” MMC:
Gündəlik istehsal gücü 5 tondur. Ləpə istehsalı ilə məşğul olur. Müəssisədə 90 nəfər işçi çalışır.
“Ocaq” MMC:
Çörək, çörək məmulatları və qənnadı məmulatları istehsalı ilə məşğul olur. Müəssisədə 23 nəfər işçi çalışır.
“Osmanoğlu” MMC:
Müəssisə un istehsal edir. Sutkalıq istehsal gücü 75 tondur. Müəssisədə 10 nəfər işçi çalışır.
“Drujba” MMC:
Alkoqollu içkilər istehsalı ilə məşğul olur. Müəssisədə zoğal, tut, xurma, gavalı və digər meyvələrdən araq istehsal olunur. Müəssisədə 20 nəfər işçi çalışır.
“İNTER-TOBACCO” MMC:
Müəssisədə 60 tütün qurutmaxanası və 4 ədəd şitilxana quraşdırılmışdır. Müəssisə Virciniya , Berley botaniki növlü ətirli tütünlərin becərilməsi və qurudulması ilə məşğul olur. Müəssisədə mövsüm dövründə 200-dən çox işçi çalışır.
Tütünçülüyün inkişafı üçün rayonda “İNTER-TOBACCO” MMC tərəfindən illik istehsal gücü bir növbəli iş rejimində 3000 ton olacaq tütün emalı zavodu tikilir və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Yeni istehsal sahəsində 100-ə yaxın işçi çalışacaqdır.
“Gilan” MMC tərəfindən gündəlik istehsal gücü 20 ton olan süd emalı zavodunun tikintisi davam edir. Yeni istifadəyə veriləcək bu müəssisədə 100-dən çox işçi çalışacaqdır.