Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidləri

          Soyad: Qədirov
         Ad: Elvin
         Ata adı: Azər
         Doğum tarixi: 05.05.2001
         Şəhid olub: 27.09.2020
         Rütbə: Əsgər

         Elvin Azər oğlu Qədirov 2001-ci il mayın 5-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2007-2018-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb.

         Elvin Qədirov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

         Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Qədirov 2020-ci il sentyabrın 27- də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

         Elvin Qədirov sentyabrın 27-də Ağdam döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb . 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Qədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

 

 

 

 

 

Soyad: Laçınov
Ad: Əhməd
Ata adı: Qurban
Doğum tarixi: 28.07.1999
Şəhid olub: 02.10.2020
Rütbə: Əsgər

Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Əhməd Qurban oğlu Laçınovdur.Əhməd Laçınov 1999-cu il iyulun 28-də Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində anadan olub.

2004-2013-cü illərdə R.Muradov adına Yuxarı Çardaxlar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. Subay idi.

Əhməd Laçınov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Əhməd Laçınov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Əhməd Laçınov 2 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur.

Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda",“Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”,“Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.

 

 

 

 

 

Soyad: Abakarov
Ad: Nail
Ata adı: Müzəffər
Doğum tarixi: 24.07.2001
Şəhid olub: 02.10.2020
Rütbə: Əsgər

                              

 

Abakarov Nail Müzəffər oğlu 2001-ci ilin iyul ayının 24-ü Rusiya Federasiyasının Kazan şəhərində anadan olub. 2009-cu ildə Kazan şəhəri, 79 saylı İnternat məktəbinin 1-ci sinfinə qədəm qoyub. 2011-ci ildə ailəsi Rusiya Federasiyasından Azərbaycanın Zaqatala şəhərinə köçüb. Nail 2011-ci ilin sentyabr ayında Zaqatala şəhər İnternat məktəbinə daxil olub.
Nail 2018-ci ildən Zaqatala şəhərindəki Nizami Hüseynov adına 2 saylı tam orta məktəbdə təhsilini davam etdirib və 2020-ci ildə məzun olub. Həmin ilin iyul ayında hərbi xidmətə çağırılıb.
2020-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin Suqovuşan istiqamətində şəhid olub. Oktyabrın 4-də Zaqatala rayonunun Aşağı Çardaxlar kənd qəbristanlığında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Nail Abakarov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Nail Abakarov, həmçinin, Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.​

 

 

 

 

 

 

Soyad: İrapov
Ad: İsmayıl
Ata adı: Nəsrulla
Doğum tarixi: 23.02.2002
Şəhid olub: 04.10.2020
Rütbə: Əsgər

İsmayıl Nəsrulla oğlu İrapov 2002-ci il fevralın 23-də Zaqatala rayonunun Əliabad qəsəbəsində anadan olub. 2008-2017-ci illərdə 1 saylı Əliabad qəsəbə tam orta məktəbində təhsil alıb.

İsmayıl İrapov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsmayıl İrapov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

İsmayıl İrapov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Əliabad qəsəbəsində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl İrapov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl İrapov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

 

 

 

 

Soyad: Bədəlov
Ad: Valeh
Ata adı: Vahid
Doğum tarixi: 10.10.1990
Şəhid olub: 07.11.2020
Rütbə: Baş Leytenant

Bədəlov Valeh Vahid oğlu 10 oktyabr 1990-cı ildə Zaqatalanın Aşağı Tala kəndində anadan olub. Ailədə 3 uşaq olublar. 2 oğlan 1 qız. Qardaşı Taleh uşaq yaşlarında dünyasını dəyişib. Ailənin böyük uşağı Valeh olub. 1996-cı ilə Aşağı Tala kənd Ramiz Şabanov adına 3 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2007-ci ilin mayında məktəbi bitirib. 2007-ci ilin sentyabrında Qafqaz Universitetinin(indiki Bakı Mühəndislik Universiteti) filologiya fakultəsində təhsil almağa başlayıb. 2012-ci ildə Azərbaycan dili və Ədəbiyyat  ixtisası üzrə həmin Universiteti bitirib. 2013-cü ildə Azərbaycan ordu sıralarında hərbi xidmətini başa vursa da, Ali təhsilli olmasına baxmayaraq, Vətən eşqi qəhrəmanımızı səngərlərdə xidmətə səsləyib.

XTQ kurslarına əlavə olaraq, Türkiyədə Komando kurslarını da keçib.  Hərbi xidməti bitirdikdən sonra hərbiçi olaraq fəaliyyətini davam etdirən qəhrəmanımız XTQ Baş Leytenant Bədəlov Valeh  aprel döyüşlərində də şücaətlə iştirak edib. 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərində fəal iştirak edən igidimizin döyüş yolu Murovdan başlasa da, daha sonra  Cəbrayıl və Füzuli rayonlarına doğru irəliləyib. Lakin Füzulidə gedən döyüşlər zamanı 7 oktyabrda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Valeh Bədəlova öldükdən sonra Vətən müharibəsində şücaətlərinə görə "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda" medalı verilib.

 

 

 

 

 

 

 

Soyad: Məmmədov
Ad: Fəqan
Ata adı: Vahid
Doğum tarixi: 27.06.1998
Şəhid olub: 06.10.2020
Rütbə: Əsgər

Fəqan Vahid oğlu Məmmədov 1998-ci il iyunun 27-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2004-2015-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsində təhsil alıb. Nişanlı idi.

Fəqan Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fəqan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fəqan Məmmədov oktyabrın 6-da Ağdam döyüşləri zamanı şəhid olub. Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun əsgərləri Ermənistan Ordusunun əsgərlərini mühasirəyə alıb və Ermənistan Ordusunun hərbçiləri ağ bayraq qaldırıb. Fəqan Məmmədov onlara yaxınlaşmaq istədikdə isə Ermənistan Ordusunun əsgərləri əl qumbarasından istifadə ediblər. Bu zaman Fəqan Məmmədov özünü sipər edərək döyüş yoldaşlarını xilas edib. Fəqan Məmmədov Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Vətən müharibəsi iştirakçısı""Ağdamın azad olunması" medalları ilə təltif edildi.

 

 

 

 

 

 

Soyad: Mehdiyev
Ad: Zöhrab
Ata adı: İlham
Doğum tarixi: 30.03.1998
Şəhid olub: 09.10.2020
Rütbə: əsgər

Zöhrab Mehdiyev oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində torpağa tapşırılıb.

Zöhrab Mehdiyev 1998-ci il martın 30-da Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində anadan olub.

2004-2015-ci illərdə Aşağı Çardaxlar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Zöhrab Mehdiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zöhrab Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Zöhrab Mehdiyev ölümündən sonra "Vətən uğrunda" "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

 

 

 

 

 

Soyad: Xəlilli
Ad: Nicat
Ata adı: Əli
Doğum tarixi: 10.12.1994
Şəhid olub: 09.10.2020
Rütbə: əsgər

Nicat Əli oğlu Xəlilli (9 dekabr 1994, Muğanlı- Zaqatala. 8 oktyabr 2020, Kəlbəcər) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

Nicat Xəlilli 1994-cü il dekabrın 9-da Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. 2001-2012-ci illərdə O. Rəsulov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb. Nicat Xəlilli 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nicat Xəlilli 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Nicat Xəlilli oktyabrın 9-də Kəşfiyyat bölüyü Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı şəhid olub. Zaqatala rayonunun Muğanlı kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Xəlilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

"Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

 

 

 

 

 

Soyad: İskəndərov
Ad: Şahin
Ata adı: Ziyad
Doğum tarixi: 21.08.2001
Şəhid olub: 11.10.2020
Rütbə: əsgər

Şahin İskəndərov 2001-ci il avqustun 21-də Zaqatala rayonunun Qandax kəndində anadan olub.

2008-2019-cu illərdə V.Saatov adına Qandax kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Şahin İskəndərov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şahin İskəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Şahin İskəndərov oktyabrın 11-də Cəbrayıl döyüşləri zamanı snayperlə vurularaq şəhid olub. Zaqatala rayonunun Qandax kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin İskəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin İskəndərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahin İskəndərov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şahin İskəndərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

 

 

 

Soyad: Məmmədov
Ad: Vüsal
Ata adı: Nəsib
Doğum tarixi: 15.03.1998
Rütbə: Əsgər

Vüsal Nəsib oğlu Məmmədov 1998-ci il martın 15-də Zaqatala rayonunun Lahıc kəndində anadan olub. 2004-2015-ci illərdə Q.Qocayev adına Lahıc kənd tam orta məktəbində təhsil alıb.

Vüsal Məmmədov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüsal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Vüsal Məmmədov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Lahıc kəndində torpağa tapşırılıb.

Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə Vüsal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

 

 

 

 

 

Soyad: Məmmədov
Ad: Vidadi
Ata adı: Etibar
Doğum tarixi: 06.05.1996
Şəhid olub: 13.10.2020
Rütbə: əsgər


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhid Vidadi Etibar oğlu Məmmədov 1996-ci il mayın 6-da Zaqatala rayonunun Muxax kəndində anadan olub.

2002-2011-ci illərdə A.Bubuşov adına 1 saylı Muxax kənd tam orta məktəbində təhsil alıb. Vidadi Məmmədov 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vidadi Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Vidadi Məmmədov oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhid olub . Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.
Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Vidadi Məmmədov, həmçinin, ölümündən sonra " Vətən Müharibəsi iştirakçısı" medalı və "Cəsur döyüşcü" medalı ilə təltif edilib.

 

 

 

 

 

Soyad: Məmmədov
Ad: Elvin
Ata adı: Mahmud
Doğum tarixi: 03.10.1992
Şəhid olub: 15.10.2020
Rütbə: əsgər

Məmmədov Elvin Mahmud oğlu 1992-ci il oktyabr ayının 3-ü Zaqatala şəhərində anadan olub. Ailədəki üç qardaşın ən kiçiyi olub. 1999-cu ildə Zaqatala rayon Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin 1-ci sinfinə daxil olub, 2010-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib.

2010–2014-cü illərdə Gürcüstanın Şərqi Avropa İnstitunun Maliyyə-kredit fakültəsində ali təhsil alıb. Hərbi xidmət vəzifəsini bitirdikdən sonra bir çox yerlərdə işləmiş və boş zamanlarında idmanın müxtəlif formaları ilə məşğul olub (judo, qaydasız döyüş və s.). Vətən müharibəsinə yollanmazdan öncə Vays Parim şirkətində satış və reklam üzrə mütəxəssiz işləyib. Səmimi və mehriban xarekteri ilə hər zaman hər kəsin rəğbətini qazanmışdır. 2019-cu ildə ailə həyatı qurub. Bir qız övladı var.

Ali təhsilini başa çatdırdıqdan sonra 2014-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti zamanı orada fəal snayperçi olub. Bunun üçün o əlavə təhsil də alıb. Hərbi xidməti zamanı xüsusi təyinatlılar kursunu müvəffəqiyyətlə başa çatdırıb. Hərbidə göstərdiyi nailiyyətlərinə görə bir çox dəfə fəxri fərmanlar və təşəkkürnamələr ilə təltif edilib. 2015-ci ildə həqiqi hərbi xidmət vəzifəsini başa vurub. 2020-ci il sentyabrın 21-də könüllü olaraq yenidən hərbi xidmətə yollanıb, sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda orada da qəhrəmancasına vuruşub. Qızğın döyüşlər zamanı ön cəbhədə xidmət edib. 15 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində yaralı əsgər yoldaşlarını döyüş bölgəsindən çıxardarkən özü də qəhrəmancasına şəhid olub.

−30.06.2016- Fəxri fərman: Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə;

−"N" saylı hərbi hissənin komandiri polkovnik leytenant Əflatun Nurəliyev tərəfindən – Təşəkkür məktubu;

-Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Məmmədov Elvin Mahmud oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

 

 

 

Soyad: Hacıyev
Ad: Sayad
Ata adı: Azad
Doğum tarixi: 14.03.2001
Şəhid olub: 17.10.2020
Rütbə: əsgər

Sayad Hacıyev 2001-ci il martın 14-də Zaqatala rayonunun Bazar kəndində anadan olub. 2007-ci ildə Bakıda 90 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2008-ci ildə təhsilini 316 saylı tam orta məktəbdə davam etdirib. 2015-ci ildə Bakı Şəhər Dövlət Dəmir yolu liseyinə qəbul olunub. Musiqiyə həvəsinə görə piano kursunda oxuyub.

Sayad Hacıyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sayad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Sayad Hacıyev oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Bazar kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sayad Hacıyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

 

 

 

 

 

 

 

Soyad: Xudaverdiyev
Ad: Mahmud
Ata adı: Əhməd
Doğum tarixi: 19.07.2001
Şəhid olub: 17.10.2020
Rütbə: əsgər

Mahmud Əhməd oğlu Xudaverdiyev (19 iyul 2001- Dardoqqaz, Zaqatala rayonu. 14 oktyabr 2020- Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi

Mahmud Xudaverdiyev 2001-ci il iyulun 19-da Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub.

2007-2016-cı illərdə Sumaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Mahmud Xudaverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mahmud Xudaverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Mahmud Xudaverdiyev oktyabrın 17-də 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Zaqatala rayonunun Dardoqqaz kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud                                                                                                                            Xudaverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

 

 

 

Soyad: Ramazanov
Ad: Elxan
Ata adı: Ramazan
Doğum tarixi: 25.01.2000
Şəhid olub: 22.10.2020
Rütbə: əsgər

Elxan Ramazan oğlu Ramazanov (25 yanvar 2000; Danaçı, Zaqatala rayonu — 22 oktyabr 2020; Bakı şəhəri, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Elxan Ramazanov 2000-ci il yanvarın 25-də Zaqatala rayonunun Danaçı kəndində anadan olub.

2007-2016-ci illərdə Danaçı kənd tam orta məktəbində, 2016-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində təhsil alıb. Subay idi.

Elxan Ramazanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elxan Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib.

Elxan Ramazanov oktyabrın 18-də cəbhənin Ağdam istiqamətində gedən döyüşlər zamanı yaralanıb. Bakı şəhərində yerləşən hərbi hospitalda komada olub. Dörd dəfə əməliyyat olunmasına baxmayaraq oktyabrın 22-də şəhid olub. Zaqatala rayonunun Danaçı kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Ramazanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Ramazanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

 

 

 

 

Soyad: Süleymanlı
Ad: Rəsul
Ata adı: Kamil
Doğum tarixi: 19.01.2002
Şəhid olub: 14.10.2020
Rütbə: Əsgər

Həyatda qəhrəmanlıq dastanı yaratmaq, adını tarixlər boyu yaşatmaq və şəhidlik zirvəsini fəth etmək hər kəsə qismət olmur. Çünki belə cəsur gənclər birinci növbədə nümunəvi ailə tərbiyəsinə malik olur, vətənpərvər ruhda böyüyürlər, Ana Vətənimiz uğrunda canını fəda verir, gələcək nəslə nümunə olacaq həyat yaşayırlar...

Zaqatala rayonunda isə belə cəsur, ölümün gözünə dik baxan, canını qurban verən vətənpərvərlər çoxdur. Adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazan, ölümün gözünə dik baxan qəhrəman oğullardan biri də şəhid Süleymanlı Rəsul Kamil oğludur. Düşmənə qan udduraraq torpaqlarımızın yağı düşməndən təmizlənməsində mövqelərimizi fədakarlıqla müdafiə edən, qorxu bilmədən ölümə gülə-gülə gedən elimizin fəxri Rəsul Süleymanlıdır.

Rəsul Süleymanlı 2002-ci ilin 19 yanvar tarixində Zaqatala şəhərinin “Qala Düzü” adlanan tarixi məkanında dünyaya göz açıb. Digərlərinə nümunə olacaq çox tərbiyəli, sakit təbiətli, mülayim və mehriban bir ailədə dünyaya göz açmışdı qəhrəmanımız. Qəhrəmanımızın atası Kamil və anası Günel xanım övladlarına yüksək səviyyədə, əsl ailə modelinə, müasir dövrün tələblərinə uyğun tərbiyə verib.

Şəhid Rəsulun anası bildirib ki, oğlu 2019-cu ilin yanvar ayının 29-u tarixində həqiqi hərbi xidmətə gedib. Üç ay Bərdədə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib, hərbi biliklərə yiyələnib, hərbi təlimlərdə iştirak edib. Sərrast atıcı kimi bütün tapşırıqları və normativləri yerinə yetirib. Sonra isə hərbi xidmətini Tərtər rayonunun Borsunlu kəndində, düşmənlə üzbəüz mövqelərimizdə davam etdirib. Hətta xidməti dövründə idmanla məşğul olub və yarışlarda iştirak edib.

O, Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

Rəsul Süleymanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" , "Laçının azad olunmasına görə" medalı , "Suqovuşanın azad olunmasına görə" medalı və “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

 

 

 

Soyad: Məhəmmədov
Ad: Alim
Ata adı: Qəmərşo
Doğum tarixi: 28.09.2001
Şəhid olub: 27.10.2020
Rütbə: əsgər

Alim Məhəmmədov 2001-ci il sentyabrın 28-də Zaqatala rayonunun Fındıqlı kəndində anadan olub.

2007-2016-cı illərdə Fındıqlı kənd ümumi orta məktəbində, 2016-2018-ci illərdə İ.Qayıbov adına Qazangül qəsəbə tam orta məktəbində təhsil alıb.

Alim Məhəmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Alim Məhəmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Alim Məhəmmədov oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Fındıqlı kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

 

 

 

Soyad: Cumayev
Ad: Orxan
Ata adı: Fətəli
Doğum tarixi: 14.01.2000
Şəhid olub: 08.10.20
Rütbə: MAHHXHQ əsgər

Orxan Cumayev Fətəli oğlu 2000-ci il yanvarın 14-də Zaqatala şəhərində anadan olub. Bir bacı, bir qardaş olublar. Orxan 2006-2017-ci illərdə Ş.Qurbanov adına 3 saylı Zaqatala şəhər tam orta məktəbində təhsil alıb.

2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Ordumuzun əsgəri Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatıllıb. O, oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Zaqatala şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Orxan Cumayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

 

 

 

 

 

 

 

Soyad: Əhmədov
Ad: Ehtiram
Ata adı: Teyyub
Doğum tarixi: 26.03.2001
Şəhid olub: 09.10.2020
Rütbə: Əsgər

Ehtiram Teyyub oğlu Əhmədov 2001-ci il martın 26-da Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2007-2018-cı illərdə M.Nəzirova adına 1 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb.

Ehtiram Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Atası Teyyub Əhmədovun söylədiyinə görə, oğlu əvvəlcə Ağcabədi rayonunda 3 ay 40 gün “N” saylı hərbi hissədə hərbi xidmətini keçib. Sonra isə hərbi xidmətini Gornaboy rayonunda, daha sonra isə Cəlilabad rayonunun Göytəpə şəhərində davam etdirib. Seçilən hərbiçilər kimi Xüsusi Təyinatlı Dəstənin tərkibinə qəbul olunub və dənizdə, meşələrdə, dağlarda döyüş hazırlığı keçib. Daha sonra Vətən müharibəsinə yollanıb.

“Arxayn olun, hərbi xidmətimiz yaxşı keçir, komandirlərin tapşırıqlarına əməl edirik, sizin başınızı aşağı etməyəcəyəm. Biz hərbi and qəbul etmişik, əməl etmək isə hər birimizin borcudur ",- deyə Ehtiram anası Sevdagülə gedərkən söyləyib.

Vətən müharibəsi zamanı Ehtiram Suqovuşan, Xocavənd, Cəbrayıl , Kəlbəcər və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Ehtiram Əhmədov oktyabrın 15-də Füzuli döyüşləri zamanı ağır yaralanıb . 24 gün Bakı şəhərindəki Mərkəzi Hərbi Hospitalda komada qalıb. Atası deyir ki, "düşmənin atdığı qadağan edilmiş silahın qəlpəsi sol gözünün altından keçmiş, beynini zədələyərək, gicgah hissəsində ilişib qalıbmış".

Ehtiram Əhmədov noyabrın 9-da vəfat edib. Şəhid Ehtiram Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ehtiram Teyyub oğlu Əhmədov ölümündən sonra ”Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”,“Cəbrayılın azad edilməsinə görə”,“Füzulinin azad edilməsinə görə”, "Xocavəndin azad edilməsinə görə”,“Şücaətə görə” medalları ilə təltif edilib.

 

 

 

 

 

Soyad: Nəbiyev
Ad: Ruslan
Ata adı: Muhuma
Doğum tarixi: 16.07.1996
Rütbə: gizir

Ruslan Muhuma oğlu Nəbiyev 1996-cı il iyulun 16-da Zaqatala rayonunun Danaçı kəndində anadan olub.

O, 2002-2013-cü illərdə 1 nömrəli Danaçı kənd tam orta məktəbində təhsil alıb. Ruslan Nəbiyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Ruslan Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.

Ruslan Nəbiyevlə Suqovuşan döyüşlərindən sonra əlaqə saxlamaq mümkün olmayıb. Dekabrın 10-da şəhid olduğu müəyyənləşib . O, Zaqatala rayonunun Danaçı kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Əsgər Ruslan Nəbiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

 

 

 

 

 

Soyad: Mahmudov
Ad: Natiq
Ata adı: Ramazan
Doğum tarixi: 02.02.1998
Şəhid olub: 26.12.2020
Rütbə: Əsgər

Natiq Ramazan oğlu Mahmudov 1998-ci il fevralın 2-də Zaqatala rayonunun Muxax kəndində anadan olub. 2004-2015-ci illərdə A.Bubuşov adına Muxax kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Natiq Mahmudov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Natiq Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.

Natiq Mahmudov noyabrın 5-də Şuşa döyüşləri zamanı ağır yaralanıb. Uzun müddət Respublika Neyrocərrahiyə Xəstəxanasında komada qalıb. Dekabrın 26-da şəhid olub. Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Natiq Mahmudov ölümündən sonra  "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" ,"Xocavəndin azad olunmasına görə"  "İgidliyə görə" medalları ilə təltif edilib.

 

 

 

 

 

 

 

Soyad: Ramazanov
Ad: Vüsal
Ata adı: Vahid
Doğum tarixi: 10.07.1994
Şəhid olub: 01.11.2020
Rütbə: Hərbi vəzifəli əsgər


Müharibə Yer üzünün ən böyük fəlakətidir. Elə bir fəlakət ki, hər dünyadan köçən can bir çırağı söndürür. Amma bir xalq ki hər şeyə rəğmən sonda "Təki Vətən sağ olsun!" deyirsə, deməli, həmin xalq qalibiyyətə layiq xalqdır. Şəhid valideynləri bayrağa sığınaraq, bayrağı bağrına basaraq hönkürsələr də, onların gözlərində bir məğrurluq, bir fəxarət hiss olunurdu. Çünki onlar canını Vətənə fəda edən övlad böyütmüşdülər. Belə igid, qorxmaz qəhrəmanlarımızdan biri də İkinci Qarabağ savaşında şəhid olan Vüsal Ramazanovdur.

Vüsal Vahid oğlu Ramazanov 1994-cü il iyulun 10-da Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində anadan olub. 2000-2011-ci illərdə Yuxarı Çardaxlar kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi.

Vüsal Ramazanov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüsal Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Vüsal Ramazanov ilə oktyabrın 27-dən sonra əlaqə saxlamaq mümkün olmayıb. Təxminən iki aydan sonra V.Ramazanovun meyiti tapılıb. Vüsal Ramazanovun 1 noyabrda Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhid olduğu məlum olub. Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb.

 

 

 

 

 

Soyad: Əhmədli
Ad: Aydın
Ata adı: Mustafa
Doğum tarixi: 12.03.2002
Şəhid olub: 08.10.2020
Rütbə: Əsgər

Aydın Mustafa oğlu Əhmədli 2002-ci il martın 12-də Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. Ailənin şəhidimizlə birgə 4 övladı var idi. Onun özündən böyük 2 bacısı, özündən kiçik bir qardaşı var. Aydın 2008-ci ildə Ə.Məmmədov adına Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə gedib və ibtidai təhsilini tamamladıqdan sonra, 2012-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Elə həmin ildən təhsilini Binəqədi rayonu Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə davam etdirib və həmin məktəbi bitirib.

Aydın Əhmədli 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Həmin tarixdən ordumuzun N saylı Hərbi hissəsinin Ağcabədi rayonunun Minaxorlu kəndində yerləşən bölmələrində həqiqi hərbi xidmətə başlayıb.

İlk gündən Vətən müharibəsinə qatılan Aydın da qanının son damlasına qədər qəhrəmancasına döyüşüb və 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ertəsi gün ailəsinin yaşayış yerinə uyğun olaraq Zaqatalanın Qandaq kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Aydın Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Aydın Əhmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

 

 

 

Soyad: Əliyev
Ad: Fəzail
Ata adı: Cahan
Doğum tarixi: 05.11.1990
Şəhid olub: 30.09.2020
Rütbə: Kapitan

Fəzail Əliyev 1996-cı ildə şəhid Ələddin Cavadov adına Bəhmətli kənd orta məktəbinə gedib və 8-ci sinfə qədər burada oxuyub. Təhsil aldığı müddətdə sinifdə seçilməyi bacarıb. Bilik və bacarıqlarından tək özü üçün yox, həm də sinif yoldaşlarının faydalanması üçün istifadə edib.

Hərb peşəsi elə bir sehrli sahədir ki, bəzən onu lap uşaqlıq illərindən kəşf etməyə başlayırsan. Fəzailin doğmaları deyir ki, o, hələ uşaqkən taxta parçalarını birləşdirib özünə avtomat silah düzəldərmiş. Qəribədir, illər keçəcək və o taxta silah gerçəyi ilə əvəzlənəcəkdi.

Fəzail 2004-cü ildə Cəmşid Naxçıvaniski adına hərbi liseydə 3 illik tədrisini başa vurub. 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub və oranı da müvəffəqiyyətlə bitirdikdən sonra, 1 il müddətinə Təlim-Tədris mərkəzində “Zabit ixtisası kursu”nu keçib.

Kəşfiyyatçı zabitimizin ailə həyatı qurduğu xanım heç də uzaqlarda olmayıb. Hələ orta məktəbdə paralel sinifdə oxuduğu Əsmər xanıma “mən gedirəm Bakıya oxumağa, gözlə məni” misralarının yazıldığı məktubu verib. Onun yolunu gözləyən Əsmər illər sonra Fəzaillə yenidən qarşılaşıb və bu qarşılaşma onların nişanlanmasına, daha sonra isə qovuşaraq evlənmələrinə səbəb olub. Bakıda 5 il Prikişkül qəsəbəsində yaşayan cütlük ən xoşbəxt ailələrdən olub...

Fəzail və Əsmər cütlüyünün 2 övladı var. 8 yaşlı Xuşi və 3 yaşlı ....

Fəzail övladlarına çox bağlı bir ata olub. İşindən vaxt tapdıqca övladlarına saatlarını, günlərini həsr edib. Qızı Xuşi məktəbli olduğundan Fəzailin onunla bağlı arzuları da tükənməz olub. Onun təhsilinə önəm verib, bütün istəklərini gerçəkləşdirməyə çalışıb. Xuşi deyir ki, “mən böyüyəndə polis olacağam, çünki atam məni polis formasında görmək istəyirdi”. Xuşi olduqca həssas uşaqdır, elə atası ilə bağlı xatirələrini də bu həssaslıqla danışır...

Hər bir hərbiçinin xüsusi bir xidməti yolu var. Fəzail Əliyev fəaliyyəti dövründə kəşfiyyat bölüyünün kəşfiyyat tağım komandiri, Əməliyyat İmkanları konsepsiyası kəşfiyyat bölüyünün dərin kəşfiyyat tağımının komandiri, kəşfiyyat məlumatlarının təhlili üzrə müavini, komandiri və hərbi hissənin kəşfiyyat bölməsi rəisinin məlumatların toplanılması üzrə köməkçisi vəzifələrində xidmət edib.

Dəfələrlə edilən təxribatlar onu göstərirdi ki, düşmən bir gün mütləq ordumuz tərəfindən layiqli cavabı alacaq. Düşmənin hücumuna əks hücum cavabı verən bölmələrimiz sentyabrın 27-dən onlara qənim kəsildi. Həmin vaxt döyüşə ilk girən bölmələrimizdən biri Fəzail Əliyevin xidmət etdiyi hərbi hissə olub. 27 sentyabr tarixində bölük komandiri Fəzailin xidmət yoldaşı Şamxal yaralandıqdan sonra, döyüş meydanından onu çıxardıb və özü qrup komandiri kimi döyüşü aparıb.

Vətən müharibəsində Qarabağın hər bir qarışı üçün 3000 minə yaxın şəhid verdik. Torpaqlarımızın azadlığı uğrunda kiminin döyüş yolu 44 gün, kiminin isə çox qısa çəkib. Onların içərisində kapitan Fəzail Əliyevin 3 günlük döyüş yolu Fizulinin Qaraxanbəyli kəndində tamamlanıb. Şəhidliyindən 20 dəqiqə qabaq “Kəlmeyi-şəhadətini” söyləyərək sentyabrın 29-da vətən uğrunda gözlərini əbədi yumub qəhrəmanımız. Döyüşlər vaxtı ilk gündən sonuncu günədək Fəzailin yanında olan silahdaşı İslam Rzayev həmin günü belə xatırlayır...

Vətən müharibəsi başlayan gündən Fəzail doğmalarına nigaran qalmasınlar deyə döyüşlər barədə məlumat verməyib. Evdən çıxıb gedərkən də ailəsindən halallıq alıb və təlimə gedəcəyini deyib. Bu səbəbdən Əliyevlər ailəsi nə Fəzailin qısa zaman ərzində şəhid düşəcəyini, nədəki təlimlərin bu qədər geniş miqyaslı olacağını düşünməyiblər. Bəlkə də bu səbəbdən onlar qəfil verilən şəhid xəbərinə inanmaqda çətinlik çəkiblər. Amma sentyabrın 30-u Zaqatala rayonu öz şəhidini 3 rəngli bayraqlarımızla və insanların izdihamı ilə qarşılayıb.

Hansı şəhid ailəsindən soruşsaq ki, “şəhid doğmanızı yuxunuzda görmüsünüzmü?“ hər biri, “bəli, görmüşük” cavabını söyləyəcək. Şəhid ailələri üçün yuxular sanki bir görüş yeridir, ən əzizini görüb, ona ruhən yaxın olduğunu hiss etmək kimi... Validə ana da Fəzaili indi yuxularında axtarır, yuxularında görüşür şəhid oğlu ilə...

Fəzailin həyat hekayəsini dinləyərkən onun nə qədər dost canlı olduğunun şahidi olduq. Hələ kursant olduğu zamanlarda ən yaxın dostları olub. Hansı ki 2016-cı ilin Aprel döyüşləri və 2017-ci il fevral döyüşləri zamanı o kursant yoldaşlarını şəhid verib. Baş leytenant Elvin Namazov və baş leytenant Şahlar Nəzərov... Fəzail qəhrəman qardaşlarının şəhidliyindən dərin sarsıntı keçirdib, onların yoxluğunu qəbul edə bilməyib. İndi özü də onların cərgəsindədir. Şəhidliyi ilə qovuşduğu əbədi cənnət diyarında, dostlarının yanında..

Şəhidliyindən sonra Fəzail Əliyev “Vətən uğrunda“ ”Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Özü isə Vətənə ailəsini və 2 övladını əmanət qoyub. O əmanətlərə hər zaman dəstək olmaq və şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhunu şad etmək hər birimizin vətəndaşlıq borcudur.

 

 

 

 

 

Soyad: İsrafilov
Ad: Abdurahman
Ata adı: İsrafil
Doğum tarixi: 11.06.1991
Şəhid olub: 22.10.2020
Rütbə: Baş Çavuş

Abdurahman İsrafilov 1991-ci il iyunun 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1997-2008-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Nilay adında bir qızı yadigar qaldı.

Abdurahman İsrafilov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-2016-cı illərdə Sərhəd Qoşunlarının, 2019-cu ildən isə Quru Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

Azərbaycan Ordusunun baş çavuşu olan Abdurahman İsrafilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdurahman İsrafilov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdurahman İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdurahman İsrafilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

 

 

 

Soyad: Nuhiyev
Ad: Musa
Ata adı: Nüsrət
Doğum tarixi: 02.10.1998
Şəhid olub: 16.10.2020
Rütbə: MAHHXHQ kiçik çavuş

Musa Nuhiyev 1998-ci il oktyabrın 2-də Zaqatala rayonunun Qımır kəndində dünyaya göz açıb. 2005-2016-cı illərdə İ.Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb.

Musa Nuhiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Musa Nuhiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib.

Musa Nuhiyev oktyabrın 16-da Ağdam istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Zaqatala rayonunun Qımır kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Nuhiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Musa Nuhiyev ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə də təltif edilmişdir.

Bundan başqa, Prezidentin müvafiq Sərəncamına əsasən “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir.

 

 

 

 

 

Soyad: Hacıyev
Ad: Abakar
Ata adı: Məhəmməd
Doğum tarixi: 11.04.1979
Şəhid olub: 27.10.2020
Rütbə: Mayor

Ermənistan üzərində tarixi qələbəmizi elə-belə qazanmamışıq! Silahlı Qüvvələrin Ali Baş Komandanı ali cənab İlham Əliyevin polad kimi güclü iradəsi və qətiyyəti, Müzəffər Ordumuzun misilsiz şücaəti sayəsində qazanmışıq bu qələbəni! Şəhidlərimizin qanı, canı bahasına geri aldıq Qarabağı.

Abakar Hacıyev də bizə 30 ildən sonra  qələbənin nə qədər şirin olduğunu göstərən ölməz Şəhidlərimizdən biridir. 11 aprel,1979-cu ildə Zaqatalanın Dardoqqaz kəndində anadan olmuş  Abakar Hacıyev Müdafiə Nazirliyinin Qusardakı hərbi hissə komandirinin siyasi işlər üzrə müavini - "zampolit" idi. 1996-2000-ci illərdə keçmiş Bakı Ali Dənizçilik Hərbi Akademiyasında - indiki Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alan Hacıyev leytenant kimi xidmətə başlayıb. 24 il nazirliyin Goranboy, Füzuli, Gəncə, Bərdə, Beyləqan və Lənkərandakı hərbi hissələrində çalışıb. Sonuncu xidmət yeri Qusar olub. 2017-ci ilin noyabrında Qusarda "zampolit" kimi fəaliyyətə başlayıb.

Abakar Hacıyev Qusarda işlədiyi 3 il ərzində hamının hörmərini qazana bilmişdi. Qeyri-adi sadəliyi və hamının hiss elədiyi insanlığı ilə.

Bacardığı köməyi edərdi. Həlim xasiyyətli, amma polad iradəli, sərt görkəmli Abakar Hacıyevi əsgərləri indi çox hörmətlə, ürək ağrısı ilə xatırlayır. Vaxtilə əsgəri olmuş bir gənc Abakarın qardaşı Arifə yazır:
"Salam, sizin qarşınızda baş əyirəm, bir şeyi deye bilərəm ki, hərbi hissədə artıq bir il yarımdır ki,mən Cənab Mayor Abakarı tanıyırdım, onun kimi adam olmayıb olmayacaq da, ömru boyu qarışqanı belə incitməzdi. Onun işi arxa cəbhədə idi, amma həmişə qabağa gəlirdi bizim yanmıza bizə dəstək olurdu."  Abakar Hacıyevin keçmiş və indiki əsgərlərinin hamısı onun haqda bu fikirdədir.

Mərhum Abakar Hacıyev  Qusardan Vətən  müharibəsinin  ilk saatlarında - sentyabrın 27-si səhər saat 6-da çıxıb. Ailəsinə təlimə gedəcəyini deyib. Sonuncu dəfə evə oktyabrın 26-sı səhər saatlarında zəng edib. Həyat yoldaşı Arzu xanıma deyib ki:

“Mən qabağa gedirəm, iki gün telefonum bağlı olsa narahat olmayın. Uşaqlardan muğayat ol, möhkəm ol". Dediyi  düz çıxıb, ondan sonra Abakara zəng çatmayıb. O elə həmin gün - oktyabrın 26-da Şuşa ətrafında - Qırmızıbazar qəsəbəsinin girişində qəhrəmancasına həlak olub, şəhadətə qovuşub. Doğulduğu Zaqatala rayonunun Dardoqqaz kənd qəbiristanlığında dəfn edilib. Eşidən kimi Qusardan onun dəfninə gedən Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov deyir ki, ölməli adam  deyildi, sadəlik timsalı idi bu insan. Qusarın bütün tədbirlərinə həvəslə qatılırdı. Böyük təşkilatçılıq qabiliyyəti vardı. Rayonda hərbi hissə ilə bağlı nə lazım olsa hamı Abakarı axtarırdı.

Avar xalqının nümayəndəsi idi Abakar Hacıyev. Atası Məhəmmədi 2004-cü ildə itirmişdi. Ailədə 1 bacı, 3 qardaş olublar. Abakar ailənin böyüyü idi. Üç övladı ondan yadigar qaldı: Hacının 12, Elviranın 10, Eldarın 4 yaşı var. Qusarda ailəsilə hərbi şəhərcikdə xidməti evdə  yaşayıb. Amma şəxsi evi yoxdur. Kiçik qardaşı Arif deyir ki, "Abakar ana nənəmizin yurdu olan Çökək kəndində  nənəmin həyətində özünə ev tikirdi. Çünki dayım rəhmətə gedəndə nənəm evini Abakara vəsiyyət eləmişdi. Ev köhnə olduğundan Abakar təzə ev tikdirirdi... evi də yarımçıq qalıb..."  Ömrü kimi, özü kimi

Arif Hacıyevin sözlərinə görə, Zaqatala İH başçısı Mübariz Əhmədzadə söz verib ki, Abakarın yarımçıq evini tikib ailəsinə təhvil verəcək.

Qusardan Qarabağa ezam olunmuş hərbçilər iki aydan sonra, noyabrın 25-dən başlayaraq, öz daimi dislokasiya yerinə geri qayıtmağa başladılar. Amma dəstənin əvvəlində gedən  polkovnik-leytenant Abakar Hacıyev geri qayıtmadı. Çox təəssüf! Amma təsəlli yerimiz var. Ali Baş Komandanımız ali cənab İlham Əliyevin qətiyyətindən güc alan igid hərbçilərimiz 30 ildir erməni işğalında fəryad edən Qarabağı azad etdilər, məcburi köçkünlükdən bezən insanlara qaytardılar. Bax, təsəllimiz, sevincimiz budur. Məhz Abakar kimi qeyrətli igidlərimiz  bizə qələbənin tamını dadızdırdılar. Ruhları həmişə bizimlədir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Abakar Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Abakar Hacıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abakar Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

 

 

 

Soyad: Məmmədov
Ad: Ümid
Ata adı: Bəkir
Doğum tarixi: 01.08.2001
Şəhid olub: 27.09.2020
Rütbə: əsgər

Ümid Bəkir oğlu Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Ümid Məmmədov 2001-ci il avqustun 11-də Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Ümid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ümid Məmmədov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

 

 

 

 

 

Soyad: Murtuzəliyev
Ad: Xəqani
Ata adı: İsa
Doğum tarixi: 11.10.1984
Şəhid olub: 20.10.2020
Rütbə: Çavuş

Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Xəqani Murtuzəliyevdir.

Xəqani İsa oğlu Murtuzəliyev 1984-cü il oktyabrın 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1990-2001-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı.

Xəqani Murtuzəliyev 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Murtuzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Murtuzəliyev oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Qımır kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Murtuzəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Murtuzəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

 

 

 

Soyad: Putiyev
Ad: Əhməd
Ata adı: Şamil
Doğum tarixi: 12.08.2001
Şəhid olub: 23.10.2020
Rütbə: Əsgər


Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Əhməd Putiyevdir.

Putiyev Əhməd Şamil oğlu 2001-ci il avqustun 12-də Zaqatala rayonunun Mazıx kəndində anadan olub. 2008-2017-ci illərdə Mazıx kənd tam orta məktəbində təhsil alıb.

Əhməd Putiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əhməd Putiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Əhməd Putiyev oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Mazıx kəndində torpağa tapşırılıb.Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Putiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Putiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

 

 

 

Soyad: Qaflanov
Ad: Şixamir
Ata adı: Oruc
Doğum tarixi: 07.12.1986
Şəhid olub: 19.10.2020
Rütbə: Mayor

Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu ölümündən sonra bu fəxri ada layiq görülən mayor Qaflanov Şixamir Oruc oğludur.

Azərbaycan Prezidentinin digər sərəncamları ilə mayor Şixamir Qaflanov (ölümündən sonra) “Vətən uğrunda” “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilib.

1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Üçüncü Tala kəndində anadan olan Şixamir evin sonbeşiyi idi. O, orta təhsilini kənd məktəbində alıb. 2005-2006-cı illərdə Daxili Qoşunların Gəncə şəhərindəki hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində həqiqi hərbi xidmət keçib. Tərxis olunduqdan bir müddət sonra - 2007-ci ilin aprelində Şixamir yenidən ordu sıralarına qayıdaraq, Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə borcunu şərəflə yerinə yetirməyə başlayıb.

Şixamirin ən böyük arzusu zabit kimi Vətəninə xidmət etmək olub. Məhz bu arzu ilə 2008-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə daxil olan Şixamir 2010-cu ildə bu hərbi təhsil ocağını müvəffəqiyyətlə bitirərək leytenant hərbi rütbəsi alıb. Zabit kimi, ilk olaraq Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsində fəaliyyətə başlayan Şixamir 2012-ci ilin oktyabrınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət edib. Yüksək çalışqanlığı, bilik və bacarığı sayəsində qısa müddətdə hərbi hissə komandanlığının etimadını qazanmağa müvəffəq olub. Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı və nümunəvi xidməti ilə fərqlənən mayor Şixamir Qaflanov 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, eləcə də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları ilə təltif edilib.

Şixamir Qaflanov xidmət etdiyi dövrdə iki dəfə - 2012-ci ilin oktyabrından dekabrınadək və 2019-cu ilin fevralından iyununadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando məktəbləri və Təlim Mərkəzi Komandanlığında müvafiq olaraq “Zabit komando təməl kursu” və “Jandarma komando ixtisas kursu”nda təhsilini davam etdirib.

Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirən zabit və qeyrətli Azərbaycan vətəndaşı kimi, Şixamirin ən böyük arzusu işğal altındakı torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O, hərbi anda sadiq qalan vətənpərvər, mərd bir hərbi qulluqçu kimi, ən böyük arzusunun çin olması üçün qanından və canından keçməyə hər zaman hazır idi və keçdi də...

Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan Vətən müharibəsinin ilk günlərindən mayor Şixamir Qaflanov komandiri olduğu və qoşunların “Bəbir” şərti adı verilmiş xüsusi təyinatlı dəstəsinin mərd hərbi qulluqçuları ilə birgə cəbhənin müxtəlif istiqamətlərində erməni terrorçularının başına od-alov yağdırdı. Oktyabrın 19-da Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdən biri Şixamirin sonuncu döyüşü oldu. Baş vermiş bu qanlı döyüşdə o, tabeliyində olan cəsur silahdaşları ilə birgə ermənilərin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edərək, mühüm strateji mövqeləri ələ keçirib. Lakin acı məğlubiyyətlə barışmaq istəməyən düşmən digər yüksəkliklərdə yerləşən postlarından itirdikləri mövqeləri snayperlərdən, iriçaplı silahlardan və minaatanlardan güclü atəşə tutub. Şiddətli döyüşlərin gedişində düşmən snayperinin açdığı atəş nəticəsində baş nahiyəsindən ağır yaralanan mayor Şixamir Qaflanov gözlərini yumaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlib.

Bu döyüşdə qəhrəman komandirlə birgə onun tabeliyində xidmət edən Daxili Qoşunların “N” saylı hərbi hissəsinin digər üç nəfər cəsur hərbi qulluqçusu – baş çavuş Mehdiyev Surxay Zülfi oğlu, baş çavuş Məmmədov Sahib Yaşar oğlu və çavuş Ələsgərzadə Sənan Muxtar oğlu da son damla qanlarınadək vuruşaraq şəhid olublar.

Mayor Şixamir Qaflanov oktyabrın 24-də Zaqatala rayonunun Üçüncü Tala kənd qəbiristanlığında dəfn olunub. O, evli idi və Mədinə adlı qız övladı xalqımıza əmanətdir.

Şixamirin böyük qardaşı Asif Qaflanov Birinci Qarabağ müharibəsi qazisidir. Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanan Asif ikinci qrup müharibə əlilidir.

Qəhrəman zabitimizin digər qardaşı, vaxtilə Daxili Qoşunların sıralarında xidmət edən və hazırda Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında xüsusi vasitələr xidməti rəisi, polis mayoru Qurban Qaflanov Şixamirin Müzəffər Ali Baş Komandanın torpaqlarımızın işğaldan azad edilməsi uğrunda verdiyi döyüş əmrini böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladığını deyir: “Şixamir mənim üçün təkcə qardaş deyil, həm də bir dost, sirdaş idi. Hər bir dərdini mənimlə bölüşərdi. Cəbhəyə yollananda da evdəkilər nigaran olmasın deyə bu barədə yalnız mənə bildirmişdi...”.

Daxili Qoşunların “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstə komandirinin tərbiyə işləri üzrə müavini, “Qarabağ” ordeni, “Şücaətə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş mayor Elşən Məmmədov da vaxtilə birgə xidmət etdiyi dəstə komandiri haqqında ancaq xoş sözlər danışa biləcəyini deyir: “Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq Vətən müharibəsində dəstəmizin 6 hərbi qulluqçusu şəhid olub. Onlardan biri də dəstə komandirimiz mayor Şixamir Qaflanovdur. Bir insan kimi də çox gözəl xasiyyəti vardı. Tabeliyində olan elə bir hərbi qulluqçuların problemləri ilə maraqlanardı, hər zaman şəxsi heyətin qayğısına qalardı. Şəhid olma xəbərini eşidəndə inanmadım. Elə indi də inanmağım gəlmir... Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin!”.

Sonda qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məhv edərək, torpaqlarımızdan qovub çıxardı. Dəmir yumruqla başı əzilən düşmən Azərbaycan əsgəri qarşısında diz çökdü və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Vətən müharibəsində qazanılan Böyük Qələbə, təbii ki, Şixamir kimi qəhrəman şəhid və qazilərimizin canı-qanı bahasına əldə edilib. Şəhidlərimizin həyat və döyüş yolu hər birimiz üçün örnəkdir.

 

 

 

 

 

Soyad: Səmədov
Ad: İsmayıl
Ata adı: Məhəmməd
Doğum tarixi: 09.08.1990
Şəhid olub: 11.10.2020
Rütbə: Kapitan

İsmayıl Məhəmməd oğlu Səmədov 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc kəndində anadan olub. 1996-2005-ci illərdə Q. Qocayev adına Lahıc kənd tam orta məкtəbində, 2005-2007-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə oxuyub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən hərbi hissəsində xidmət edirdi. Lələtəpə yüksəkliyinin alınmasında göstərdiyi xidmətlərinə görə Prezident, Ali Baş Komandan İlham Əliyev onu cəbhə xəttində şəxsən mükafatlandırmışdı.

Vətən Müharibəsi zamanı İsmayıl Səmədovun dəstəsi Murov dağından sonra Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə igidlik göstərərək, yurd yerlərimizin azad olunmasında fəal iştirak edib. Kapitan təcrübəli zabit kimi döyüşlərdə tabeçiliyində olan hərbiçiləri irəliyə aparıb. “Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun. Ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz!”,- deyən kapitan İsmayıl Səmədov bu sözləri ilə hərbçilərimizə əsl vətənpərvərlik ruhu aşılayırdı.

İsmayılın sağ əli olan gizir, əslən Quba rayonunun Alpan kəndindən olan Cavad Nasir oğlu Babayevin mətbuata verdiyi açıqlama: “O, ən ağır döyüşlərdə belə öndə gedib bizi qorudu, döyüşlər zamanı beynəlxalq taktikalardan yararlandı və uğurlu əməliyyatlar qurdu... Oktyabr ayının 4-dən başlayaraq, Cəbrayıl, Füzuli, Hadrut istiqamətlərində şiddətli döyüşlər getdi. Cəsur komandirimizin bölüyü, yəni biz oktyabr ayının 3-dən 4-nə keçən gecə Cəbrayıl istiqamətində düşmənin televiziya qülləsini qoruyan bir tankını və 8 nəfərlik canlı qüvvəsini məhv etdik. Oktyabr ayının 7-də komandirimiz İsmayıl Səmədovun əmrinə əsasən, gecə saatlarında Füzuli-Hadrut yolunu düşməndən təmizlədik. Bizim bölüyümüzün nəzarətçi qrupu ərazidə düşmən snayperlərin olduğunu müəyyənləşdirdi. Əvvəlcə bu snayperlərdən 3-nü, sonra isə arxadan bizə atəş açan düşmənləri məhv etdik.

Oktyabr ayının 10-da Füzuli rayonu Gorazıl kəndini və Horadiz-Füzuli-Hadrut yolunu tutmaq tapşırığını aldıq. Bu əməliyyat zamanı gərgin anlar keçirdik. Əvvəlcə düşmənin 10-a yaxın texnikasını zərərsizləşdirərək, yolu təmizlədik və həmin kəndə daxil olduq. Ertəsi gün, yəni oktyabr ayının 11-də Hadrut qəsəbəsinin azad olunması uğrunda düşmənlə bizim taborumuzun daha ağır, şiddətli döyüşləri oldu. Həmin döyüşdə xain ermənilər bizə qarşı böyük qüvvə ilə hücum etdilər. Düşmənin çoxlu sayda texnikasını, döyüşçülərini darmadağın etməyimizə baxmayaraq, xeyli itki verdik. Həmin döyüşdə təəssüflər olsun ki, fəxrimiz, Silahlı Qüvvələrimizin dəyərli, təcrübəli zabiti, bölük komandiri, Xüsusi Təyinatlıların öncülü, kapitan İsmayıl Səmədov da namərd düşmənin snayperlə açdığı atəş nəticəsində qəhrəmancasına həlak oldu".

İsmayıl Səmədovla birgə vuruşan digər XTQ döyüşçüsünün (hazırda xidmətdə olduğundan adının açıqlanmasını istəmədi - red) xatirəsi: “İsmayıl kordinator idi. Düşmən bölmələrinin yerlərini tapıb, topçu batareyalarına məlumat ötürürdü. Spayk manqasının idarəçiliyi ona tapşırılmışdı. Cəbrayıl döyüşlərində 9 tank vurdurmuşdu. Arazboyu hücumlar zamanı taborumuz birgə fəaliyyətə başladı. Cəbrayılda teleqüllənin ətrafındakı strateji yüksəkliyin azad edilməsi ilə bağlı komanda aldıq. Oktyabrın 4-ü gecə saatlarında İsmayıl 25-30 nəfərlik heyətlə hücum edib, yüksəkliyi azad etdi. Orada onun qrupundan 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı. Həmin təpəni götürmək asan şey deyildi. Biz 3 gün yüksəklikdə qaldıq. Ərazini milli ordunun bölməsinə təhvil verdikdən sonra Füzuli-Hadrut istiqamətində hərəkətə başladıq. Növbəti tapşırığımız Hadrutun aşağısında yerləşən Gorazıllı kəndini azad etmək idi.

Oktyabrın 7-si gecə kəndə yaxınlaşanda orada bizi düşmənin snayper və 15 nəfərdən artıq qüvvəsi gözləyirdi. İsmayıl öndə gedən qrupun rəhbəri idi. Onun və yoldaşlarının ayıq-sayıqlığı nəticəsində ermənilərin bizi pusquya salmasının qarşısı alındı. Düşmənin 3 snayperi məhv edildi, arxada yerləşən bölməsindən 5 nəfər zərərsizləşdirildi. Digər şəxsi heyəti isə qaçıb getdi. Orada bir zabitimiz qolundan yaralandı, bir nəfər də şəhid verdik. İsmayılgilin ayıqlığı olmasaydı, itkimiz çox ola bilərdi. Biz kəndə yaxınlaşdıq, ancaq giriş əmri verilmədiyi üçün oradan 1 km aralıda yerləşən meşəlik əraziyə getdik. Ayın 10-u günortaya qədər meşədə yerləşməli olduq. Yeməyimiz və suyumuz bitmişdi. Kəşfiyyat bölüyü olduğumuz üçün bizə təminat gəlmirdi. Çox qabaqda idik. Elə olurdu ki, bizim arxamızda düşmən bölmələri milli ordumuzla döyüşürdülər.
İsmayıl hazırlıqlı hərbçi idi. Onun çantasında həmişə yeyiləcək bir şey, su və corab olardı. Gecə yatmışdım, məni yuxudan oyadıb balaca bir şokolad verdi və dedi, "bunu ye ki, mədəndə nəsə olsun”. Öz yoldaşlarını o qədər fikirləşən, sədaqətli insan idi. Ayın 10-u səhər saatlarında biz düşmənin ətrafda qalan bir danasını kəsib alaçiy bişirib yedik ki, taqətimiz olsun. Həmin gün bir neçə saat sonra kəndə girəcəkdik.

Beləliklə, komanda veriləndən sonra axtarış qrupları yaradıldı və biz kəndə daxil olduq. Orada iki nəfər 50 yaşdan yuxarı erməni qalmışdı. Onlar kəndin girəcəyində evdə gizlənmişdilər və bizə atəş açmaq üçün uyğun şərait gözləyirdilər. Qumbaraları və avtomatları var idi. İsmayıl onları uzaqdan evləri müşahidə etdiyi zaman görmüşdü. Buna görə də ehtiyatla evə yaxınlaşıb, içinə qumbara ataraq hər iki ermənini məhv etdi. Hər qrup nəzarət etdiyi ərazinin təmizliyi barədə məlumat verdikdən sonra biz kənddə mövqeləndik. Oranı dairəvi olaraq hər tərəfdən müşahidə və mühafizə etdik.

Düşmən bölmələri Füzulidən Hadrut istiqamətində olan maşın yolunda hərəkət edirdi. Tabor komandirinin göstərişi ilə İsmayılın və Sənan adlı yoldaşımızın pusqu qrupları ermənilərin 10-dan çox avtomobil texnikasını və heyətini məhv etdi. Oradan bir nəfər sağ çıxa bilmədi.

Digər bölməmiz isə Füzuli döyüşlərində düşməni sıxışdırmışdı deyə ermənilər artıq Füzulidən Hadruta geri çəkilmək məcburiyyətində qalmışdılar. Onlar bilmirdilər ki, biz Hadrutun yaxınlığındakı kəndə yerləşmişik. Düşmənin gələcəyini bildiyimiz üçün yola minalardan maneələr qurduq. Ayın 11-i saat 2-nin yarısı ermənilər 3 "Kamaz"da 60-dan çox döyüş hazırlıqlı canlı qüvvə və xeyli silahla geri qayıtdılar. Onlara yolu minalamağımızla bağlı məlumat daxil olmuşdu. Ona görə də həmin istiqamətdə deyil, bizim istiqamətimizə, kəndin girəcəyinə dönməli oldular. Düşmənin arxada gələn "Kamaz"ı vuruldu və yanan maşının ora- bura qaçışan şəxsi heyəti bizim tərəfimizdən məhv edildi. Digər iki "Kamaz" isə əvvəl yerləşdiyimiz meşə ərazisinə sıxılmağa məcbur qaldı. Fikirləşirdilər ki, oradan çıxış yolu tapacaqlar, ancaq kəndi blokadaya almışdıq, mühasirədən çıxmaq şansları yox idi. İsmayıla və qrup komandirinin müavini Bəxtiyar İslamova hərəkətə keçməyimizlə bağlı işarə verdim. Onlar sağdan, biz mərkəzdən, digər qrup isə meşənin girəcəyindən hücuma keçdi. Qrupumuz çox yaxına getdi. Düşməni sıxışdırdıq. Həmin vaxt mən və digər döyüş yoldaşım yaralandıq. İki sanitarımız şəhid oldu. İsmayılgil meşənin içində mövqelənmişdilər. Biz vurulduqdan sonra İsmayılın olduğu qrup düşmənə əks-hücum həmləsi etdilər. Atışma zamanı kor bir gülə gəlib onun alın nahiyəsinə dəyib. Köməkçi yoldaşı Əmrah da şəhid olub.

Ayağımdan snayper gülləsi ilə yaralanmışdım, yeriyə bilmirdim. Sanitar maşınımız bir az arxada idi, yaxınlaşan kimi vururdular. Məni atın üstünə qoyub aparırdılar. Orada dedilər ki, İsmayıl yaralanıb və onu xərəkdə gətirirlər. Sevindim ki, yaralansa da sağdır. Ancaq o, yolun yarısına çatanda, vurulandan yarım saat sonra şəhid olub. Bu xəbəri eşidəndə elə bildim ki, qardaşımı itirdim. Öz ağrılarım yadımdan çıxdı, çox pis oldum. İsmayıl artilleriyanın gözü idi”.

Xüsusi Təyinatlı Qüvvələrin kapitanı İsmayıl Səmədov Cəbrayıl, Hadrut və Füzulinin azadlığı uğrunda şücaətlə vuruşaraq oktyabrın 11-də şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Cəsur döyüşçü", “Vətən uğrunda”“Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.

 

 

 

 

 

Soyad: Serov
Ad: Mütəllib
Ata adı: Arif
Doğum tarixi: 09.06.2000
Şəhid olub: 10.10.2020
Rütbə: Əsgər

Mütəllib Arif oğlu Serov 2000-ci il iyunun 9-da Zaqatala rayonunun Ziliban kəndində anadan olub. 2007-2018-ci illərdə 5 saylı Zaqatala şəhər natamam orta məktəbində təhsil alıb. Subay idi.

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Mütəllib Serovdur.
2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Mütəllib Serov Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət göstərib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mütəllib Serov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.

Mütəllib Serov oktyabrın 10-da Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düş-mən tərəfindən açılan atəş nəti-cəsində aldığı qəlpə yarasından şəhid olub. Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra bir sıra medallarla təltif edilib.

1.“Cəsur döyüşçü” medalı;
2.“Kəlbəcərin azad edilməsinə görə” medalı;
3.“Xocavəndin azad edilməsinə görə” medalı;
4."Füzulinin azad edilməsinə görə"
5. “Şücaətə görə” medalı.

Keçidlər