İCRA HAKİMİYYƏTİ
Fəaliyyət
Rayonda iqtisadi və sosial-mədəni infrasruktur obyektləri yenidən qurulmuş, yol infrastrukturunun bərpası və inkişafı məqsədilə yollar asfaltlaşdırılmış və təmir olunmuş, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması üçün bir çox işlər görülmüşdür.
Beynəlxalq Hava limanı, Olimpiya İdman Kompleksi, Şəhər stadionu, Müalicə-Diaqnostika Mərkəzi, 4 otel, Turizm İnformasiya Mərkəzi, Qala düzü pilləkənlərinin yenidən qurulması, Tala çayı üzərində asma körpü, rayonun idarə və təşkilatları və bank filialları üçün 15 inzibati bina, 7 tibb məntəqəsi tikilmiş, Muxax kəndinə yeni içməli su xətti çəkilmişdir. Mərkəzi rayon və 2 kənd sahə xəstəxanası, 10 tibb müəssisəsi, 22 kənd mədəniyyət evi əsaslı təmir edilmiş, Muxaxçay üzərində uzunluğu 42 metr, Bəkməz, Zilban və Micqar çayları üzərində isə uzunluğu 18-24 metr olan 11 körpü inşa edilmişdir. Tala çayı üzərində uzunluğu 183 metr olan Mişleş körpüsünün, Ağciyər xəstəlikləri xəstəxanasının, qaztənzimləyici stansiyanın, poçt şöbəsi üçün 3 binanın tikintisi başa çatdırılmışdır.
Ümumi uzunluğu 91.6 km olan avtomobil yollarına asfalt döşənmiş, 8.2 km olan Mazıx-Qəbizdərə avtomobil yolunun əsaslı təmirinə və asfaltlaşdırılmasına başlanılmış, 106,8 km qaz xətti çəkilmiş, 6338 pm sahilbərkitmə işləri görülmüş, 43 ədəd artezian quyusu qazılmış, Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası isə davam etdirilir.