Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələr


Zaqatala bələdiyyəsi                                                 Tel:       (024) 225-55-37
Bələdiyyə sədri: Nurəli Əhmədov                            E-mail: 
zaqatala.belediyye@mail.ru

Kurort şəhəri olaraq Azərbaycan respublikasının şimali qərbində, Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, dəniz səviyyəsindən 535 metr yüksəklikdə, paytaxt Bakıdan 372 km məsafədə Talaçayın sağ sahilində yerləşir. Şəhər Kebeloba, Car, Zilban, Yuxarı Tala, Aşağı Tala, Göyəm, Mazıx kəndləri ilə həmsərhəddir. 1830-cu ildə Zaqatala qalası tikilmiş, 1840-cı ildən isə Zaqatala şəhər adlanır.
Şəhərin ərazisi 1438 hektardır. Əhalisi 21227 nəfər, əsasən azərbaycanlılardır.
Əksəriyyətinin dini mənsubiyyətiləri islam.
Şəhər, RİHB-nın Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Zaqatala bələdiyyəsi tərəfindən idarə olunur.
Şəhərdə avtovağzal, dəmiryol vağzalı, təyyarə limanı, Azərbaycan İnstitutunun Zaqatala filialı, Bakı İslam Universitetinin Zaqatala şöbəsi, Dövlət İdarəetmə və Texnologiya kolleci, Zaqatala Tədris Mərkəzi, İncəsənət məktəbi, 4 tam orta məktəb, 1 ümum orta məktəb, şəhər internat məktəbi, Humanitar fənlər gimnaziyası, Z.Əliyeva adına Lisey, 5 məktəbdənkənar, 13 məktəbəqədər tərbiyə müəssisəsi, 7 kitabxana, 2 mədəniyyət evi, 3 klub, Zaqatala tarix Diyarşünaslıq muzeyi, Zaqatala tarix mədəniyyət qoruğu, H.Əliyev mərkəzi, Şəkil qalereyası, Olimpiya idman kompleksi, Beynəlxalq standartlara uyğun stadion, Mərkəzi rayon xəstəxanası, Müalicə Diaqnostika Mərkəzi, H.Əliyev adına mədəniyyət və istirahət parkı, Akademik Z.Əliyeva adına park, “Dədə Qorqud” meydanı. 11 mehmanxana və motel, Mərkəzi poçtamt, TKQ vardır.
Tarixi abidələr: Zaqatala qalası, 700 yaşlı çinar, cümə məscidi, Qafar bəy hamamı, 1830-cu ildə tikilmiş kilsə, qədim qəbiristanlıq və s.


Aşağı Tala bələdiyyəsi                                               Tel:       (024) 226-75-99
Bələdiyyə sədri: Vüqar Əbdürəhmanov                   E-mail: 
talabelediyyesi@mail.ru

Kənd rayon mərkəzindən Tala çayı ayırır. Şimal-şərqdən Yuxarı Tala kəndi, qərb tərəfdən Tala çayı, cənubdan Əli Bayramlı kəndi ilə həmsərhəddir.
Kəndin ərazisi 3327 hektardır. Əhalisi 6830 nəfər, əsasən azərbaycanlılardır. Dini mənsubiyyətləri islam
Kənd, RİHB-nın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Aşağı Tala bələdiyyəsi tərəfindən idarə olunur.
Kənddə 3 (1906-cı ildən 1 saylı, 1936-cı ildən 5 saylı, 1979-cu uildən 3 saylı) tam orta məktəb, bir texniki peşə məktəbi, həkim məntəqəsi, mədəniyyət evi, 3 uşaq bağçası, klub, 3 kitabxana, məscid binası, 2 futbol meydançası, poçt şöbəsi, EATS və 1 mobil stansiyası vardır.
Əhalinin əsas məşğuliyyəti: əkinçilik, tütünçülük, baramaçılıq, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tarixi abidələr: 1 məscid, Ömər Əfəndi ziyarətgahı, 6 qədim qəbiristanlıq.

 

Muxax bələdiyyəsi                                                     Tel:       (024) 227-45-08
Bələdiyyə sədri: Yusubov Elvin                                       E-mail: isayeva-1959@mail.ru

Kənd rayon mərkəzindən 12 km şərqdə, Muxax çayının sağ sahilində yerləşir. Şərq tərəfdən Mamrux, şimaldan Yuxarı Çardaxlar, qərb tərəfdən Yuxarı Tala, cənub-şərqdən Zəyəm, cənubdan Çobankol, Qımır, Bazar kəndləri və Əliabad qəsəbəsi ilə həmsərhəddir.
Kəndin ərazisi 2974 hektardır. Əhalisi 7517 nəfər, əsasən azərbaycanlılardır. Dini mənsubiyyətləri İslam.
Kənd, RİHB-nın Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Muxax bələdiyyəsi tərəfindən idarə olunur.
Kənd 13 obadan ibarətdir. Kənddə 2 tam orta məktəb, 1 ümumi orta məktəb, 1 həkim məntəqəsi, vərəm dispanseri, mədəniyyət evi, 2 kitabxana, uşaq bağçası, məscid binası, futbol meydançası, poçt şöbəsi, EATS vardır.
Əhalinin əsas məşğuliyyəti: əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və heyvandarlıqdır.
Tarixi abidələr: XIX əsrdə tikilmiş məscid, 5 hücrə, 2 qədim qəbiristanlıq.


Car bələdiyyəsi                                                           Tel:       (024) 223-51-58
Bələdiyyə sədri: Abdulla Borayev                             E-mail: carbelediyyesi6214@mail.ru

Kənd rayon mərkəzindən 1 km şimalda, Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşir. Şərq tərəfdən Tala çayı, şimaldan Qafqaz dağları, qərb tərəfdən Kebeloba kəndi, cənubdan Zaqatala şəhəri ilə həmsərhəddir. Car nümayəndəliyi özündə 3 kəndi (Car, Zilban, Axaxdərə) birləşdirir.
Kəndin ərazisi 2001 hektardır. Əhalisi 4923 nəfər, əsasən avarlardır. Dini mənsubiyyətləri islam.
Kənd RİHB-nın Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Car bələdiyyəsi tərəfindən idarə olunur.
Car kəndi 5 obadan (Kiqooba, Laçıntaxta, Laçındərə, Cinitaxta, Kusataxta) ibarətdir. Kənddə 1 tam orta və 1 ümumi orta məktəb, Axaxdərə kəndində ibtidai məktəb, 1 mədəniyyət evi, 3 klub, 4 kitabxana, həkim məntəqəsi, tibb məntəqəsi, 35 yerlik uşaq bağçası, poçt şöbəsi, məscid binası, 3 hücrə, vardır.
Əhalinin əsas məşğuliyyəti: əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tarixi abidələr:1 məscid, 3 hücrə, “Cingözqala” abidəsi, 2 qədim qəbiristanlıq.


Əliabad bələdiyyəsi                                                     Tel:       (024) 226-12-76
Bələdiyyə sədri: Eldəniz Vəliyev                                E-mail: ijranaa@gmail.com

Qəsəbə rayon mərkəzindən 18 km aralı, Zaqatala-Balakən şose yoluna bitişik bir ərazidə yerləşir. Qəsəbə Qımır, Bazar, Yeni Suvagil, Lahıc, Bəhmətli, Mosul, Yengiyan, Qandax, Əli Bayramlı kəndləri ilə həmsərhəddir.
Ərazisi 6089 hektardır. Əhalisi 10586 nəfər, əksəriyyəti azərbaycanlılardır. Dini mənsubiyyətləri: İslam.
Qəsəbə, RİHB-nın Əliabad qəsəbə ərazi dairəsi üzrə nümayəndəliyi və Əliabad bələdiyyəsi tərəfindən idarə olunur.
Qəsəbədə 4 tam orta məktəb, 3 uşaq bağçası, 1 mədəniyyət evi, 3 klub,4 kitabxana,2 poçt şöbəsi, 1 EATS, 15 çarpayılıq sahə xəstəxanası və doğum evi, idman zalı, kənd stadionu,Əliabad islam mədrəsəsi, rayon Melioservis idarəsi, Atra bankın rayon filialı, 2 aptek,1 yanğınsöndürmə məntəqəsi vardır.
Əhalinin əsas məşğuliyyəti: əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tarixi abidələr: Pəri qala, qədim qəbiristanlıq. Cümə məscidi. Minarə, Mada Əlinin evi, Daş hamam.


Mazıx bələdiyyəsi                                                        Tel:      (024) 229-32-32
Bələdiyyə sədri: Kahay Corova                                 E-mai: az6230@mail.ru

Kənd rayon mərkəzindən 5 km aralı, Zaqatala-Balakən şose yolunun yaxınlığında. Katex çayının sağ sahilində yerləşir. Zaqatala şəhəri və Katex çayı ilə həmsərhəddir. Mazıx ərazi nümayəndəliyi 4 (Mazıx, Qəbizdərə, Beretbinə, Ciciğana) kənddən ibarətdir.
Kəndin ərazisi 1669 hektar. Əhalisi 2065 nəfər, əksəriyyəti avarlardır. Dini mənsubiyyətləri: İslam.
Nümayəndəlik RİHB-nın Mazıx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Mazıx bələdiyyəsi tərəfindən idarə olunur.
Mazıx kəndində 1 tam orta məktəb, həkim məntəqəsi, klub, kitabxana, poçt şöbəsi, EATS, uşaq bağçası, baytarlıq dairəsi, asfalt zavodu, Beretbinə kəndində məscid, klub, kitabxana, Qəbizdərə kəndində ibtidai məktəb, kitabxana, tibb məntəqəsi vardır.
Əhalinin əsas məşğuliyyəti: maldarlıq, meyvəçilik, arıçılıq, əkinçilik, fındıqçılıqdır.
Tarixi abidələr: Məscid, Qədim bürc, qəbiristanlıq, hücrə.


Mosul bələdiyyəsi                                                        Tel:       (024) 226-00-03
Bələdiyyə sədri: Elçin Alasiyev                                  E-mail: mosulbelediyye2015@mail.ru

Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir. Əliabad qəsəbəsi, Yengiyan və Kəpənəkçi kəndləri, cənubdan Qanıx çayı sərhəd olmaqla Gürcüstan Respublikası ilə həmsərhəddir.
Kəndin ərazisi 2318 hektardır. Əhalisi 3009 nəfər, əsasən azərbaycanlılardır. Dini mənsubiyyətləri: İslam
Kənd, RİHB- Mosul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Mosul bələdiyyəsi tərəfindən idarə olunur.
Kənd 9 obadan ibarətdir. Kənddə tam orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, məscid, 2 kitabxana, futbol meydançası, poçt şöbəsi, EATS, vardır.
Əhalinin əsas məşguliyyəti əkinçilik, fındıqçılıq və maldarlıqdır.
Tarixi abidələr: 1781-inci ildə Ədür-Rəhman Bədəvi, Hüseyn və Məhəmməd Çərdəklilər tərəfindən tikilmiş məscid, 6 hücrə, 2 qədim qəbiristanlıq.


Yuxarı Çardaxlar bələdiyyəsi                                       Tel:       (024) 227-82-23
Bələdiyyə sədri: Əminət Həsənova                             E-mail: aminat.hasanova@gmail.com

Kənd rayon mərkəzindən 14 km şimal-şərqdə yerləşir. Şimal tərəfdən Böyük Qafqaz sıra dağları, cənubdan Muxax kəndi ilə həmsərhəddir.
Kəndin ərazisi 1350 hektardir. Əhalisi 2310 nəfər, əsasən avarlardır. Dini mənsubiyyətləri İslam.
Kənd, RİHB- nın Yuxarı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Yuxarı Çardaxlar bələdiyyəsi tərəfindən idarə olunur.Kənddə tam orta məktəb,klub, həkim məntəqəsi, mədəniyyət evi, 2 kitabxana,baytarlıq məntəqəsi, uşaq bağçası, poçt şöbəsi, EATS, məscid, futbol meydançası vardır.
Əhalinin əsas məşguliyyəti əkinçilik, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və heyvandarlıqdır.
Tarixi abidələr: V əsrə aid Pəri qalası, XIII əsrə aid bürc, Alban kilsəsinin qalıqları, X1X əsrdə tikilmiş məscid, qədim qəbiristanlıq vardır.


Bəhmətli bələdiyyəsi                                                    Tel:       (024) 229-62-16
Bələdiyyə sədri: Həsrət Musayev                                E-mail: musayevhasrat12@gmail.com

Kənd rayon mərkəzindən 18 km məsafədə yerləşir. Şərq tərəfdən lahıc, şimal-qərb tərəfdən Əliabad, cənubdan Qanıx çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəd olmaqla iki kəndi (Bəhmətli və Kürdəmir) birləşdirir.
Kəndin ərazisi 3685 hektardır. Əhalisi 4416 nəfər (Bəhmətli-4230 və Kürdəmir-186), əsasən azərbaycanlılardır. Dini mənsubiyyətləri: İslam.
Kənd, RİHB- nın Bəhmətli kənd inzibati ərazi dairəsi üzrrə nümayəndəliyi və Bəhmətli bələdiyyəsi tərəfindən idarə olunur.
Kənd 5 obadan ibarətdir. Kənddə 1 tam orta, 1 ümumi orta məktəb, həkim məntəqəsi, körpələr evi-uşaq bağçası, aptek, mədəniyyət evi, 3 kitabxana, poçt şöbəsi, EATS, məscid, futbol meydançası vardır.
Əhalinin əsas məşguliyyəti: əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tarixi abidələr: 1 məscid, 1 hücrə vardır.

 

Yeni Suvagil bələdiyyəsi                                               Tel:        (024) 227-32-86
Bələdiyyə sdəri:Hümmət Əhmədov                                    E-mail: 

Kənd rayon mərkəzindən 22 km cənub-şərqdə, yerləşir. Cənub və şərqdən Qax rayonunun Tasmalı və Güllük kəndləri, şimal və qərbdən Zaqatala rayonunun Gözbarax, Qımır və Çobankol kəndləri ilə həmsərhəddir.
Kəndin ərazisi 1525 hektardır. Əhalisi 4836 nəfər, əksəriyyəti saxurlardır. Dini mənsubiyyətləri: İslam.
Kənd RİHB-nın Yeni Suvagil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Yeni Suvagil bələdiyyəsi tərəfindən idarə olunur.
Kənddə 2 tam orta məktəb, 2 uşaq bağçası, mədəniyyət evi, kitabxana, klub, Yeni Suvagil sahə xəstəxanası, aptek, məişət evi, poçt şöbəsi, EATS məscid, futbol meydançası vardır.
Əhalinin əsas məşğuliyyəti: heyvandarlıq əkinçilik və bitkiçilikdir.
Tarixi abidələr:


Yengiyan bələdiyyəsi                                                    Tel:       (024) 226-32-05
Bələdiyyə sədri: Xuraman Şabanova                          E-mail: xuraman_sabanova@mail.ru

Kənd rayon mərkəzindən 24 km aralı, Qanıx vadisində yerləşir.
Ərazisi 1147 hektardır. Əhalisi 1339 nəfər, əksəriyyəti azərbaycanlılardır. Dini mənsubiyyətləri:İslam.
Kənd RİHB-nın Yengiyan kənd inzibati ərazi dairəsi üzrə nymayəndəliyi və Yengiyan bələdiyyəsi tərəfindən idarə olunur.
Kənddə tam orta məktəb, mədəniyyət evi, həkim məntəqəsi, muzey, məscid, hücrə, futbol meydançası, poçt şöbəsi, EATS, 2 kitabxana vardır.
Əhalinin əsas məşğuliyyəti: bağçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, tütünçülük, quşçuluq və fındıqçılıqdır.
Tarixi abidələr: XİX-cu əsrə aid səkkizguşəli məscid.


Qandax bələdiyyəsi                                                      Tel:       (024) 229-22-14
Bələdiyyə sədri: Rəvanə Bayramova                          E-mail: qandaxbelediyye@mail.ru

Kənd rayon mərkəzindən 26 km cənub-qərbdə, Qara çayın sağ sahilindən 3 km aralı, Qanıx vadisində yerləşir. Kənd Faldarlı, Kəpənəkçi kəndləri, Əliabad qəsəbəsi və Alazan çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəddir.
Ərazisi 1269 hektardır. Əhalisi 1640 nəfər, azərbaycanlılardır. Dini mənsubiyyətləri İslam.
Kənd, RİHB-nın Qandax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Qandax bələdiyyəsi tərəfindən idarə olunur.
Kənddə tam orta məktəb, həkim məntəqəsi, 2 kitabxana, mədəniyyət evi, məscid, poçt şöbəsi, EATS, futbol meydançası vardır.
Əhalinin əsas məşğuliyyəti: bağçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, tütünçülük, quşçuluq və fındıqçılıqdır.
Tarixi abidələr: Cümə məscidi, 4 qədim qəbiristanlıq, “Dəli Şaban“ qədim yaşayış məskəni, 11 müqəddəs ziyarətgah.


Muğanlı Bələdiyyəsi                                                      Tel:       (024) 226-40-03
Bələdiyyə sədri: Məhəmməd Abdulov                         E-mail: muganlibelediye@mail.ru

Kənd rayon mərkəzindən 25 km cənubda, Qanıx vadisində sahilində yerləşir. Şərq tərəfindən Faldarlı, şimaldan Əli Bayramlı, qərb tərəfdən Uzunqazmalar kəndləri, cənubdan isə Qanıx çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəddir.
Kəndin ərazisi 2693 hektardır. Əhalisi 2710 nəfər, əsasən azərbaycanlılardır. Dini mənsubiyyətləri: İslam.
Kənd, RİHB- nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Muğanlı bələdiyyəsi tərəfindən idarə olunur.
Kənd 4 obadan ibarətdir. Kənddə 1 tam orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, poçt şöbəsi, uşaq bağçası, 2 kitabxana, EATS, məscid, futbol meydançası, 2 mobil telefon stansiyası vardır.
Əhalinin əsas məşğuliyyəti: əkinçilik, tütünçülük, bitkiçilik və heyvandarlıqdır.
Tarixi abidələr:

Maqov bələdiyyəsi                                                         Tel:       (024) 229-12-22
Bələdiyyə sədri: Abdulla Dadayev                                      E-mail: aminat.karimova940418@gmail.com

Ərazi nümayəndəliyi, rayon mərkəzindən 12 km cənubda, Qara çayın sahilində yerləşir. Maqov ərazi nümayəndəliyində yeddi kənd birləşir: Maqov, Yolayrıc, Höytala, Paşan, Vöhtala, Abaəli, Fındıqlı.
Kəndin ərazisi 3036 hektardır. Əhalisi 4574 nəfər, əsasən avarlardır. Dini mənsubiyyətləri: İslam.
Nümayəndəlik, RİHB- nın Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Maqov və Fındıqlı bələdiyyələri tərəfindən idarə olunur.
Maqov nümayəndəliyi ərazisində 3 tam orta məktəb(Maqov,Yolayrıc, Paşan), 2 ümumi orta məktəb (Fındıqlı, Höytala), 1 uşaq bağçası (Fındıqlı), 2 Mədəniyyət evi(Maqov, Höytala), 2 klub (Fındıqlı, Paşan), 5 kitabxana(Maqov, Yolayrıc, Paşan, Höytala, Fındıqlı), 1 həkim məntəqəsi, 2 tibb məntəqəsi, 2 EATS, poçt şöbəsi, 1 idman zalı, 2 futbol meydançası (Maqov, Fındıqlı), Qafqaz şadlıq sarayı, 5 məscid, baytarlıq dairəsi vardır.
Əhalinin əsas məşguliyyəti: əkinçilik, baramaçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tarixi abidələr: Maqov, Yolayrıc, Höytala və Paşan kənd məscidləri.

 

Lahıc bələdiyyəsi                                                              Tel:       (024) 229-00-02
Bələdiyyə sədri: Səfiyyə Atayeva                                           E-mail: 

Ərazi nümayəndəliyi rayon mərkəzindən 28 km cənubda, Zaqatala-Bakı şose yolunun yaxınlığında yerləşir. Nümayəndəlik cənub-şərqdən Qax rayonunun Zəyəm, şimaldan Yeni Suvagil, qərbdən Bəhmətli kəndləri ilə həmsərhəddir. Lahıc ərazi nümayəndəliyi 2 (Lahıc və Sabunçu) kəndlərini birləşdirir.
Kəndin ərazisi 1606 hektardır. Əhalisi 2153 nəfər, əksəriyyəti azərbaycanlılar və saxurlardır. Dini mənsubiyyətiləri: İslam.
Nümayəndəlik, RİHB-nın Lahıc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Lahıc bələdiyyəsi tərəfindən idarə olunur.
Nümayəndəlikdə 1 tam orta məktəb, 1 ümumi orta məktəb, uşaq bağçası, məscid, EATS, poçt şöbəsi, 2 mədəniyyət evi, 2 mobil stansiya, 4 kitabxana, 2 tibb məntəqəsi, futbol meydançası vardır.
Əhalinin əsas məşguliyyəti: əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, arıçılıq, bağçılıq və maldarlıqdır.
Tarixi abidələr: Qədim minarə, məscid, qədim qəbiristanlıq.

 

Gözbarax bələdiyyəsi                                                          Tel:       (024) 229-42-69
Bələdiyyə sədri: Xalisə Nurayeva                                              E-mail: gözbarax.belediyyesi@mail.ru

Kənd rayon mərkəzindən 16 km şərqdə yerləşir. Şərq tərəfdən Yeni Suvagil, şimaldan Çobankol və Zəyəm, cənubdan Qax rayonunun Gullük kəndləri, şimal-qərb tərəfdən Böyuk Qafqaz sıra dağları boyunca Rusiya Federasiyası ilə həmsərhəddir.
Kəndin ərazisi 1136 hektardır. Əhalisi 1905 nəfər, əsasən saxurlardır. Dini mənsubiyyətləri İslam.
Kənd, RİHB- nın Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Gozbarax bələdiyyəsi tərəfindən idarə olunur.
Kənd 8 obadan ibarətdir: Kənddə 1 tam orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, klub, 2 kitabxana, poçt şöbəsi, EATS, məscid, 2 hücrə, futbol meydançası vardır.
Əhalinin əsas məşguliyyəti: əkinçilik, tütünçülük, tərəvəzçilik, arıçılıq, bağçılıq və heyvandarlıqdır.
Tarixi abidələr:


Göyəm bələdiyyəsi                                                                 Tel:       (024) 227-73-30
Bələdiyyə sədri: Ceyhun Qurbanov                                      E-mail: goyem.belediye@mail.ru

Ərazi nümayəndəliyi rayon mərkəzindən cənubda, Tala çayın sağ sahilində yerləşir və dörd kəndi (Göyəm, Çökək, Sumaylı, Dardoqqaz) özündə birləşdirir.
Kəndin ərazisi 2990 hektardır. Əhalisi 4417 (Göyəm-2091 nəfər, Çökək-970 nəfər, Sumaylı-680 nəfər, Dardoqqaz-676 nəfər) nəfər, əsasən azərbaycanlılar, avarlar və saxurlardır.Dini mənsubiyyətləri İslam.
Ərazi nümayəndəliyi, RİHB- nın Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Göyəm bələdiyyəsi tərəfindən idarə olunur.
Ərazidə 3 tam orta məktəb, 1 həkim məntəqəsi, 2 tibb məntəqəsi, 1 klub, 4 kitabxana, 2 mədəniyyət evi, 1 körpələr evi-uşaq bağçası, 1 poçt şöbəsi, EATS, 4 məscid, 1 futbol meydançası vardır.
Əhalinin əsas məşguliyyəti: taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tarixi abidələr: 4 məscid, qədim qəbiristanlıq.

 

Üçüncü Tala bələdiyyəsi                                                        Tel:       (024) 227-02-11
Bələdiyyə sədri: Azad Qardaşov                                                  E-mail: ucuncutala@mail.ru

Ərazi nümayəndəliyi rayon mərkəzindən 25 km cənubda yerləşir. Yuxarı Tala, Aşağı Tala, Goyəm və Maqov kəndləri ilə həmsərhəddir.
Kəndin ərazisi 1279 hektardır. Əhalisi 2190 nəfər (Dombabinə-818, Mamqabinə-400, Bozbinə-305, Müçəkbinə-275, Masqarabinə-161, Həsənbinə-135, Xəmmədbinə-96), əsasən azərbaycanlılardır. Dini mənsubiyyətləri: İslam.
Nümayəndəlik, RİHB- nın Dombabinə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Dombabinə bələdiyyəsi tərəfindən idarə olunur.
Nümayəndəlik 7 kənddən ibarətdir. Nümayəndəlikdə tam orta məktəb,poçt şöbəsi, EATS, 2 mobil stansiya, 2 kitabxana, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, məscid, futbol meydançası vardır.
Əhalinin əsas məşğuliyyəti: əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tarixi abidələr:


Danaçı bələdiyyəsi                                                                   Tel:       (024) 227-53-52
Bələdiyyə sədri: Amrulla Həlləyev                                          E-mail: mr.yumuxov@gmail.com

Ərazi nümayəndəliyi rayon mərkəzindən 25 km cənubda, Qanıx çayı vadisində yerləşir. Nümayəndəlik şimaldan Maqov, Fındıqlı, qərbdən Balakən rayonunun İtitala və Zaqatala rayonunun Aşağı Çardaxlar kəndləri ilə həmsərhəd olaraq Danaçı və Uzunqazmalar kəndlərindən ibarətdir.
Kəndin ərazisi 6489 hektardır (Danaçı-5222, Uzunqazmalar-1267). Əhalisi 7639 nəfər (Danaçı-7171, Uzunqazmalar-468), əsasən avarlardır. Dini mənsubiyyətləri İslam.
Nümayəndəlik, RİHB-nın Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Danaçı və Aşağı Çardaxlar bələdiyyələri tərəfindən idarə olunur.
Danaçı kəndi 12 obadan ibarətdir. Kənddə 2 tam orta, 2 ümumi orta, 1 ibtidai məktəb,idman kompleksi, Danaçı sahə xəstəxanası, 1 həkim məntəqəsi, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi, 1 klub, 3 kitabxana, 1 uşaq bağçası, poçt şöbəsi, EATS, 2 məscid, futbol meydançası, 2 mobil stansiya, Şadlıq sarayı vardır.
Əhalinin əsas məşguliyyəti: əkinçilik, tütünçülük, baramaçılıq, taxılçılıq, fındıqçılıq, tərəvəzçilik və maldarlıqdır.
Tarixi abidələr: 1900-cü ildə tikilmiş 2 məscid, 7 hücrə, 9 qəbiristanlıq.


Çobankol bələdiyyəsi                                                               Tel:        (024) 227-23-95
Bələdiyyə sədri: Abdurahman Hacıyev                                   E-mail: abdurahman.haciyev@mail.ru

Ərazi nümayəndəliyi rayon mərkəzindən 12 km cənub-şərqdə, Qara çay və Muxax çaylarının sahilində yerləşir. Nümayəndəlik şimaldan Zəyəm, Muxax, cənubdan Əliabad qəsəbəsi ilə həmsərhəd olmaqla üç kəndi (Çobankol, Qımır, Bazar) özündə birləşdirir.
Kəndin ərazisi 2758 (Çobankol-954, Qımır-1280 Bazar-524) hektardır. Əhalisi 4621 (Çobankol-1886, Qımır-1714 Bazar-1021) nəfər, əsasən azərbaycanlılardır. Dini mənsubiyyətləri İslam.
Nümayəndəlik RİHB-nın Çobankol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Çobankol bələdiyyəsi tərəfindən idarə olunur.
Çobankol kəndi 4 obadan ibarətdir. Kənddə tam orta məktəb, həkim məntəqəsi, baytarlıq məntəqəsi, mədəniyyət evi, poçt şöbəsi, ETATS, 2 kitabxana, məscid, futbol meydançası, yanğın söndürmə məntəqəsi, 1 mobil stansiyası, dəyirman, məscid vardır.
Qımır kəndi 3 obadan ibarətdir. Kənddə tam orta məktəb, körpələr evi-uşaq bağçası, poçt şöbəsi, 1 mobil stansiya, EATS, mədəniyyət evi, şadlıq sarayı, kitabxana, həkim məntəqəsi, məscid, futbol meydançası vardır.
Bazar kəndində tam orta məktəb, mədəniyyət evi, məscid, tibb məntəqəsi, kitabxana vardır.
Əhalinin əsas məşguliyyəti: əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tarixi abidələr: 2 məscid, “Sarı pir” ziyarətgahı, Hamam bulağı, qədim qəbiristanlıq.


Aşağı Çardaxlar bələdiyyəsi                                                     Tel:       (024) 226-50-03
Bələdiyyə sədri: Alixan Məmmədov                                         E-mail: asagi.cardaxlar@mail.ru

Kənd rayon mərkəzindən 32 km cənub-qərbdə yerləşir. Şimal tərəfdən Balakən rayonunun İtitala kəndi, şimal-şərqdən Danaçı kəndi, cənub-qərbdən Qanıx çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəddir.
Kəndin ərazisi 2474 hektardır. Əhalisi 1557 nəfər, əsasən avarlardır. Dini mənsubiyyətləri: İslam.
Kənd, RİHB- nın Aşağı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Aşağı Çardaxlar bələdiyyəsi tərəfindən idarə olunur.
Kənddə tam orta məktəb, tibb məntəqəsi, kitabxana, klub, məişət evi, poçt şöbəsi, 1 mobil stansiya, EATS, məscid, futbol meydançası vardır.
Əhalinin əsas məşğuliyyəti: əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tarixi abidələr: 1 məscid, 2 kurqan, 2 qədim qəbiristanlıq.


Yuxarı Tala bələdiyyəsi                                                              Tel:       (024) 223-06-63
Bələdiyyə sədri: Eldar Qanzayev                                              E-mail: yuxaritalabelediyye@mail.ru

Kəndi rayon mərkəzindən Tala çayı ayırır. Şərq tərəfdən Muxax kəndi, şimaldan Böyük Qafqaz sıra dağları, qərb tərəfdən Tala çayı, cənubdan Aşağı Tala kəndi ilə həmsərhəddir. Yuxarı Tala ərazi nümayəndəliyi 4 kəndi (Yuxarı Tala, Meşleş, Çüdülübinə, Laqodexbinə) əhatə edir.
Kəndin ərazisi 3211 hektardır. Əhalisi 8283 nəfər (Yuxarı Tala-7948, Meşleş-134, Çüdülübinə-125, Laqodexbinə-76), əsasən azərbaycanlılardır. Dini mənsubiyyətləri: İslam.
Nümayəndəlik, RİHB- nın Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Yuxarı Tala bələdiyyəsi tərəfindən idarə olunur.
Nümayəndəlikdə 2 tam orta məktəb, 1 ümumi orta məktəb, 1ibtidai məktəb, həkim məntəqəsi, Tala baytarlıq dairəsi, 2 mədəniyyət evi, 2 uşaq bağçası, 2 klub, 7 kitabxana, şadlıq sarayı, 1 mobil stansiya, poçt şöbəsi, EATS, 2 məscid vardır.
Əhalinin əsas məşguliyyəti: əkinçilik, tütünçülük, baramaçılıq, arıçılıq, fındıqçılıq, bostançılıq, bağçılıq və heyvandarlıq  səsi, Çüdülübinə ərazisində orta əsrlərə aid Əskibazar şəhərinin və Alban kilsəsinin qalıqları, qədim qəbiristanlıqlar.


Dağlı bələdiyyəsi                                                                         Tel:        (024) 227-62-50
Bələdiyyə sədri: Təranə Ömərova                                             E-mail: omarova.tarana@bk.ru

Kənd rayon mərkəzindən 17 km cənubda yerləşir. Şimaldan və şərqdən Əliabad qəsəbəsi, qərb tərəfdən Dombabinə kəndi, cənubdan Muğanlı kəndi ilə həmsərhəddir. Əli Bayramlı ərazi nümayəndəliyi 4 kəndi (Əli Bayramlı, Qalal, Qarqay, Əzgilli) əhatə edir.
Nümayəndəliyin ərazisi 1492 hektardir. Əhalisi 3062 (Əli Bayramlı-3001, Qarqay-41, Qalal-20, Əzgilli –mövsümü yaşayış) nəfər, əsasən saxurlardır. Dini mənsubiyyətləri: İslam.
Nümayəndəlik, RİHB- nın Əli Bayramlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Əli Bayramlı bələdiyyəsi tərəfindən idarə olunur.
Nümayəndəlik 3 kənddən ibarətdir. Nümayəndəlikdə 1 tam orta məktəb, 1 ümumi orta məktəb, 1 körpələr evi uşaq bağçası, həkim məntəqəsi, mədəniyyət evi, 2 klub, 2 kitabxana, poçt şöbəsi, EATS, 2 mobil stansiya, şadlıq evi, baytarlıq dairəsi vardır.
Əhalinin əsas məşguliyyəti: əkinçilik, bağçılıq, arıçılıq və maldarlıqdır.
Tarixi abidələr: Qarqay kəndində Əfəndi Babanın piri, Qalal və Qarqay kəndlərində XIX əsrə aid məscidlər və qədim qəbiristanlıq.


 

Keçidlər