Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Zaqatala rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi rayon mərkəzi xəstəxanasının infeksion xəstəliklər şöbəsinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir.
Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən iyirmi doqquz il ötür. Erməni qəsbkarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir. Bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.
Xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımını unutma” adlı rəsm və kitab sərgisi açılıb. Sərgidə Mərkəzin rəsm dərnəyi üzvlərinin və Uşaq İncəsənət Məktəbi şagirdlərinin Xocalı mövzusunda çəkdikləri rəsmlər, həmçinin faciənin tarixi, erməni vandalları tərəfindən xalqımızın başına gətirilən faciələrdən bəhs edən ədəbiyyat nümunələri nümayiş etdirilir.
Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən iyirmi doqquz il ötür. Faciənin ildönümü ilə əlaqədar Zaqatala rayonunda da anım tədbirləri davam edir.
Qaydalara əsasən "randevu.its.gov.az" saytından qeydiyyatdan keçmək üçün vətəndaş şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN məlumatını daxil edilir. “Tibb müəssisəsi” bölməsindən vaksinasiya aparılan məntəqənin adını həm ünvana, həm də məntəqə adına görə axtarmaqla seçim edilir. Məntəqə seçimindən sonra peyvənd olunacaq tarix və saat seçilir, həmçinin məlumatlandırma üçün mobil nömrə qeyd olunur. Təsdiq edtdikdən sonra mobil nömrəyə SMS vasitəsi ilə bildiriş göndərilir.