Ukrayna səfiri Zaqatala rayonuna səfər edib
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski və Azərbaycandakı Ukrayna İcmasının rəhbəri Tamila Musayeva Zaqatala rayonuna səfər ediblər. Rayonumuza gələn qonaqlar Zaqatala Rayon İcra Hakimiyyətinin başçıcı Mübariz Əhmədzadə ilə görüşüb. Görüşdən əvvəl rayon rəhbəri Mübariz Əhmədzadə, səfir Vladislav Kanevski və icma rəhbəri Tamila Musayeva Ulu Öndər Heydər Əliyevin “Heydər Parkı”nda ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər düzmüş, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər. Sonra qonaqlar Ukrayna şairi Taras Şevçenkonun abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Daha sonra xarici diplomatlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən görüşdə iki ölkə arasında mövcud olan iqtisadi, siyasi və mədəni əlaqələrdən söhbət açılıb, bu əlaqələrin regionlar arasında da qurulmasının əhəmiyyəti qeyd olunub.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Zaqatala rayonunun iqtisadi potensialı, tarixi, mədəniyyəti haqqında qonağa ətraflı məlumat verib.