Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Səfirlər Məclisinin regional nümayəndələrinin təşəbbüsü ilə yaşıllaşdırma aksiyası keçirilib

05 aprel 2024 | 10:32

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr edilmiş "Yalnız bir DÜNYA" layihəsi çərçivəsində 05 aprel 2024-cü il tarixində Uşaq Səfirlər Məclisinin regional nümayəndələrinin təşəbbüsü, Zaqatala Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Təhsil idarəsinin dəstəyi ilə Zəfər Murtuzəliyev adına Zaqatala şəhər 1 nömrəli tam orta məktəbin həyətinin yaşıllıq zolağında çiçəklər əkilib. Aksiyada RİH- nin əməkdaşı, USM-in regional nümayəndələri və Z.Murtuzəliyev adına şəhər 1 nömrəli tam orta məktəbin "yaşıl könüllülər"i iştirak ediblər.

Keçidlər