İnzibati Xətalar
Protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər
Azərbaycan Respublikası
Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
« 124 » « 30 » iyun 2017-ci il
“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar
haqqında işlər üzrə Zaqatala Rayon İcra Hakimiyyəti
adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli
şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.15.6-cı, 6.8-ci və 6.9-cu bəndlərinə əsasən qərara alıram:
1. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Zaqatala Rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” (müvafiq struktur bölmələrinin adları göstərilməklə) təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamla təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Zaqatala Rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Zaqatala Rayon İcra Hakimiyyətinin internet səhifəsində yerləşdirilməsi RİHB Aparatın İnformasiya təminatı və təhlili sektorunun müdiri Nizami Abdullayevə tapşırılsın.
MÜBARİZ ƏHMƏDZADƏ
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının
30 iyun 2017-ci il tarixli 124 nömrəli Sərəncamı
ilə təsdiq edilmişdir.
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında
işlər üzrə Zaqatala Rayon İcra Hakimiyyəti adından protokol tərtib
etmək səlahiyyəti olan vəzifəli şəxslərin
S İ Y A H I S I
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Zaqatala Rayon İcra Hakimiyyəti (bundan sonra - Rayon İcra Hakimiyyəti) adından aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 190-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.
2. Məcəllənin 251.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.
3. Məcəllənin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərən Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.
4. Məcəllənin 413-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.
5. Məcəllənin 451-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.
6. Məcəllənin 516.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.
7. Məcəllənin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına münasibətdə təqdimatı vermiş:
7.1. Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri;
7.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara münasibətdə Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri.
8. Məcəllənin 530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
8.1. inzibati xətalar haqqında işlər üzrə icraat Rayon İcra Hakimiyyətində aparılarkən Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, Hüquq şöbəsinin müdiri;
8.2. inzibati xətalar haqqında işlər üzrə icraat yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən aparılarkən Rayon İcra Hakimiyyəti adından – Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri.