İnzibati Xətalar
İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər
Azərbaycan Respublikası
Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
« 77 » « 24 » Aprel 2017-ci il
Zaqatala Rayon İcra Hakimiyyəti adından İnzibati xətalar
haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
siyahısının təsdiq edilməsi haqqında
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23.02.2017-ci il tarixli 1256 nömrəli Fərmanının 5-ci bəndinin icrasını təmin etmək məqsədilə “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.15.6-cı maddəsinə uyğun olaraq qərara alıram:
1.“İnzibati xətalar haqqında işlərə Zaqatala Rayon İcra hakimiyyəti adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” aşağıdakı tərkibdə təsdiq edilsin:
1.1.Əhmədzadə Mübariz Cuma oğlu - Zaqatala RİH başçısı;
1.2.Əhmədov Tofiq İsa oğlu - Zaqatala RİHB-nın birinci müavini;
1.3.Mustafayev Eldar Müzəffər oğlu - RİHBA-nın Hüquq şöbəsinin müdiri;
1.4.Məmmədov Elgüc Zamanbəy oğlu - RİHBA-nın Hüquq şöbəsinin;
məsləhətçisi;
2. Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya Təminatı və Təhlil sektorunun müdiri Nizami Abdullayevə tapşırılsın ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısını Zaqata Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
MÜBARİZ ƏHMƏDZADƏ