Şriftin ölçüsü :

Saytın rəngi :

RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya

“Gənclər arasında ailənin və nikahın zədələnməsi, onun müalicəsi və müalicəsi nəticəsində nikahın və qohumlar arasında nikahın nəticəsinə dair maarifləndirmə Qaydası” Hesabat (2020)

Tarix boyu hər bir dövlət,hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. Uşaqlar hər bir evin, ailənin bəzəyi, hər bir dövlətin, millətin sabahı və gələcəyidir.

Bu gün ölkəmizdə uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin uşaqlarla bağlı siyasətinin əsas istiqamətlərindəndir. Ulu öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə artıq ölkəmizdə milli strategiya kimi formalaşmış, respublikamızda uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı Dövlət proq­ramları qəbul edilmiş, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq olunması haqqında 2012-ci il 8 may tarixli Fərmanı da uşaqların hüquqlarının etibarlı şəkildə qorunmasına əlverişli şərait yaratmışdır.

Zaqatala rayonunda da uşaqlar barəsində dövlət siyasəti uğurla həyata keçirilir, uşaqların sağlamlığının qorunmasına,  təhsilinə,  təlim-tərbiyəsinə  xüsusi  diqqət  və qayğı  göstərilir.  RİHB yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya RİH yanında Qəyyumluq və Himayə Orqanı ilə birlikdə  uşaqlar barəsində dövlət siyasətini həyata keçirərək  azyaşlıların  hüquq  və  mənafelərinin  qorunması  sahəsində iş aparır.

Hesabat ilində Zaqatala RİHB yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və RİH yanında Qəyyumluq və Himayə Orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə qaydası”nın aidiyyəti bəndlərinin icrası istiqamətində konkret tədbirlər həyata keçirilmişdir.

Rayonda erkən nikahlar və belə nikahların yaratdığı fəsadlar mövzusunda RİHB yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən hesabat dövründə  Faldarı və Qandax kəndlərində “Erkən nikaha yox deyək” mövzusunda dəyirmi masalar,  uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə rayonun ümumtəhsil   məktəblərində “Bizim  hüquqlarımız”  adlı inşa  müsabiqəsi,  Zaqatala şəhər 2 saylı və Qımır kənd tam orta məktəblərində   “Uşaqlar hüquq və vəzifələrini bilməlidir” mövzusunda  seminarlar, Zaqatala şəhər 2 saylı və Əliabad kənd uşaq bağçalarında “Uşaqlar bizim gələcəyimizdir”  adlı tədbirlər təşkil edilmişdir. Heydər Əliyev Mərkəzində  rayonun  istedadlı uşaqları ilə “Uşaq hüquqlarını qoruyaq” adlı dəyirmi masa və qəyyum-himayəyə  verilmiş uşaqlar  üçün “Ailəmizi  qoruyaq və sevək” mövzusunda maarifləndirmə proqramları təşkil edilmişdir.

Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə məqsədi ilə rayonun Üçüncü Tala və Muğanlı kəndlərində “Qohumlar arasında nikahın mənfi nəticələrinə dair”, Çobankol və Qımır kəndlərində “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti” mövzularında maarifləndirmə tədbirlərinin, Suvagil kənd həkim məntəqəsində “Sağlam ailənin təməli” mövzusunda seminar keçirilmiş, yetkinlik yaşına çatmayanları qanunlara əməl olunması ruhunda tərbiyələndirmək, hüquq pozuntusu törətmiş azyaşlılar və digər şəxslər tərəfindən hüquq pozuntusunun törədilməsinin qarşısını almaq məqsədi ilə rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları ilə birlikdə rayonun bəzi ümumtəhsil məktəblərinin şagirdləri ilə onlayn dinləmə aparılmışdır.

          Zaqatala Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanı bütün dünyada qlobal problem olan Covid-19 pandemiyası dövründədə yaranan çətinliklərə baxmayaraq gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə işlərinin səmərəli aparılmasına nail olmuşdur. Həmin aparılan səmərəli işlərin nəticəsi olaraq rayon ərazisində 2020-ci il ərzində “Nikah yaşının azadılması” barədə RİH-nə müraciət daxil olmamışdır.

          RİHB yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və RİH-in Qəyyumluq və Himayə Orqanı uşaqlarla aparılan işin səmərəsinin artırılması, gənclər arasında ailənin və nikahın əhəmiyyəti,onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə işlərinin aparılması,nöqsanların aradan qaldırılması üçün bundan sonra da uşaqlara tərbiyəvi təsir göstərməyi, onların hüquq və mənafelərini qorumağı, qanuna zidd əməllərin qarşısını almağı, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini davam etdirəcəkdir.

 

“Gənclər arasında ailənin və nikahın zədələnməsi, onun müalicəsi və müalicəsi nəticəsində nikahın və qohumlar arasında nikahın nəticəsinə dair maarifləndirmə Qaydası” Hesabat (2021)

 

 

S/s

 

Bəndin nömrəsi

 

Tapşırığn,tövsiyyənin məzmunu

 

İcraçı orqanlar

 

Tapşırığın tövsiyyənin icra müddəti

 

İcranın gedişinə aid məlumat(görülmüş işlər)

 

İcra olunub

 

İcra olunmayıb

Qismən icra olunubsa və ya icra olunmayıbsa bunun səbəbləri

1.

1.2

Erkən nikahlar və onun fəsadları

RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya,

RMX

 

 

 

1 ay

 

 

 

Seminarlar keçirilib.

 

 

 

İcra olunub

 

 

 

 

 

2.

2.3.6

1.Erkən nikahlara yox deyək

2.Erkən nikahlar,reproduktiv sağlamlıq

3.Reprduktiv sağlamlıq və ailə planlaşdırılması

4.Erkən nikahlar,məişət zorakılığı.

 

RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya,

Uadm

 

 

 

 

 

1 ay

 

 

Maarifləndirici tədbirlər,hörmətli ailə başçısı məktubunun paylanılması

İcra olunub

 

 

3.

4.4.24

1.Narkomaniyaya yox deyək

2.Narkotik və psixotrop maddələr haqqında məlumatlılıq

3.Valideyn komitə sədrləri ilə gənclərin asudə vaxtının səmərəli təşkili

4.Yeniyetmə və gənclərin inkişaf etdirilməsi

 

RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya,

Uadm

 

 

 

 

1 ay

Maarifləndirici tədbirlər, diskussiya xarakterli görüşlər.

İcra olunub

 

 

4.

 

 

 

 

 

 

5.2.1.

Rayon və kənd məktəblərinin 10-11-ci sinif şagirdləri,gənclərin inkişaf və kariyera mərkəzinin gənc könüllüləri,   gənclər   və idman diarəsinin əməkdaşları, məktəb psixoloqları ilə görüş.

RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya,

UADM

1 ay

 

 

 

 

 

Maarifləndirici tədbir,bukletlərin paylanılması.

İcra olunub

 

 

5.

 

 

 

6.1.2.

Gənclərin və valideynlərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticəsinə dair gənclər arasında maarifləndirici   tədbir.

RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya, Gİİ

 

 

2021-ci il sentyabr ayı ərzində

 

22 sentyabr  2021-ci il tarixində Zaqatala rayon Gənclər və İdman idarəsinin təşkilatçılıgı ilə Zaqatala Heydər Əliyev Mərkəzində rayonun ali təhsil müəssisələrinin tələbələri, gənc idmançılar və könüllü gənclərinin iştirakı ilə  maarifləndirici  konfrans təşkil edilmişdir ki, bu tədbirdə 95 nəfər gənc iştirak etmişdir.

İcra olunub

 

 

6.

6.1.11

Gənclərin erkən nikahın mənfi nəticələrinə dair məlumat səviyyəsinin artırılması məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi

RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya,

RTŞ

 

Rayonun Qandax, Aşağı Tala kənd 1,3, Şəhər 1,3,5 nömrəli, Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü lisey, Humanitar fənlər gimnaziyası, Göyəm, Sumaylı, Danaçı 1,2 nömrəli tam orta məktəblərində məktəb psixoloqları və məktəb təşkilatçılarının iştirakı ilə "Erkən nikahın fəsadları", "Erkən nikaha yox deyək" mövzularında seminarlar, dəyirmi masalar təşkil olunmuş, şagirdlərə bu sahədə maariflədirmə işləri həyata keçirilmişdir.

İcra olunub

 

 

 

“Gənclər arasında ailənin və nikahın zədələnməsi, onun müalicəsi və müalicəsi nəticəsində nikahın və qohumlar arasında nikahın nəticəsinə dair maarifləndirmə Qaydası” Hesabat (2022)

 

 

S/s

 

Bəndin nömrəsi

 

Tapşırığın,tövsiyyənin məzmunu

 

İcraçı orqanlar

 

Tapşırığın tövsiyyənin icra müddəti

 

İcranın gedişinə aid məlumat(görülmüş işlər)

 

İcra olunub

 

İcra olunmayıb

Qismən icra olunubsa və ya icra olunmayıbsa bunun səbəbləri

1.

5.1.1.

Gənclər arasında ailə dəyərlərinin təbliği;

RİH

UADM

Gİİ

1 ay ərzində

Maarifləndirici tədbirlər, diskussiya xarakterli görüşlər keçirilmişdir.

İcra olunub

 

 

2.

5.1.2.

Gənclər arasında sağlam həyat tərzinin təbliği;

RİH

UADM

Gİİ

1 ay ərzində

. Zaqatala rayon Gənclər və İdman idarəsinin təşkilatçılıgı ilə Zaqatala Heydər Əliyev Mərkəzində rayonun ali təhsil müəssisələrinin tələbələri, gənc idmançılar və könüllü gənclərinin iştirakı ilə  maarifləndirici  konfrans təşkil edilmişdir.

İcra olunub

 

 

3.

5.1.3.

Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı;

RİH

UADM

Gİİ

1 ay ərzində

Gənclər inkişaf və kariyera mərkəzinin gənc könüllüləri,   gənclər   və idman idarəsinin əməkdaşları ilə birgə rayon kəndlərində seminarların keçirilmişdir

İcra olunub

 

 

4.

5.1.4.

Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi;

RİH

UADM

Gİİ

1 ay ərzində

Rayon və kənd məktəblərinin 10-11-ci sinif şagirdləri, məktəb psixoloqları ilə görüşlər keçirilmişdir

İcra olunub

 

 

5.

5.1.5.

Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;

RİH

UADM

Gİİ

1 ay ərzində

Maarifləndirici tədbir,bukletlər paylanılmışdır.

İcra olunub

 

 

6.

5.1.6.

Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması;

RİH

UADM

Gİİ

1 ay ərzində

Maarifləndirici tədbirlər,hörmətli ailə başçısı məktubu  paylanılmışdır.

İcra olunub

 

 

7.

5.1.7.

Gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi.

RİH

UADM

RTİ-nin Zaqatala sektoru

1 ay ərzində

Məktəb psixoloqları,valideyn komitə sədrləri,gənclər,yeniyetmələrin valideynləri ilə birgə  dəyirmi masalar təşkil olunmuşdur.

İcra olunub

 

 

8.

6.1.6.

Yerli icra hakimiyyəti orqanları (icra nümayəndəlikləri vasitəsilə) nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılmasını təmin edir;

RİH

UADM

 

Mütəmadi

Rayon İcra Hakimiyyəti Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə icra nümayəndəliklərində maarifləndirici tədbirlər keçirilmiş, RİH-ə nikah yaşının azaldılması ilə bağlı müraciət etmiş hər bir vətəndaşla maarifləndirici söhbətlər aparılmışdır.

İcra olunub

 

 

 

Keçidlər