Rayon haqqında
Coğrafi mövqeyi
Zaqatala rayonu Azərbaycan Respublikasının şimali-qərbində, paytaxt Bakı şəhərindən 430 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Alazan-Əyriçay vadisində, Yevlax-Balakən şossesi yolunun üzərində yerləşir. Rayonun əlverişli təbii-coğrafi şəraiti, qarlı dağları, buz bulaqları, meşələri, yaylaqları, gözəl iqlimi və münbit torpaqları vardır.
Rayonun mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə,
Rayon ərazisində, ekoturizmin inkişafı üçün əvəzsiz, 1929-cu ildə təşkil olunmuş (ərazisi 23800 ha.) Zaqatala Dövlət Qoruğu, Zaqatala şəlaləsi, ölkə və rayon əhəmiyyətli 108 tarix-mədəniyyət abidəsi var. Onlardan Mamrux kəndi ərazisindəki II-IV əsrlərə aid alban abidəsi, V-VII əsrlərə aid Zaqatala səddi, Car kəndi ərazisində XVI əsrə aid Cingözqala, 1830-cu ildə tikilmiş Zaqatala qalası və s. göstərmək olar. Zaqatala rayonu Böyük Qafqaz sıra dağlarının ətəyində Azərbaycanın şimal-qərbində yerləşir. Rayon şimal-şərqdə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə, qərbdə Balakən rayonu ilə, şərqdə isə Qax rayonu ilə həmsərhəddir. Rayonun şimal-şərq ərazisində dağlıq, cənub və cənub-qərb hissədə düzənlik relyef üstünlük təşkil edir. Rayonda ən uca nöqtə Quton dağıdır. (3648 m). Düzənlikdə mülayim, dağlarda soyuq iqlim müşahidə olunur. Yanvar ayının orta temperaturu düzənlikdə -1°C, dağ-larda -10°C, iyul ayının orta temperaturu isə, müvafiq olaraq +24°C və +5°C olur. Burada ildə 600-1600 mm yağıntı düşür. Rayon arazisinın yarısı, əsasən dağlıq ərazilər, meşələrlə örtülmüşdür. Zaqatala – beynəlmiləl rayondur. Burada əsasən azərbaycanlılar, saxurlar, avarlar, ingiloylar ruslar və başqaları yaşayır. Rayonun ərazisində çoxsaylı tarix və mədəniyyət abidələri var. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, tütünçülük, fındıqçılıq, çayçılıq təşkil edir.