Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

 Rayonda 1 Olimpiya Idman Kompleksi, 3 stadion, 1 üzgüçülük hovuzu, 1 şahmat klubu, 71 sadə, 18 kompleks idman qurğuları, 3 aerobika-trenajor zali idmanın inkişafına xidmət göstərir. Rayon idmançıları Respublika, Avropa və Dünya çempionatlarında yüksək nəticələr qazanaraq Azərbaycan idmanının inkişafına öz layiqli töhfələrini verirlər

İdman kompleksləri

  • Zaqatala rayon Olimpia İdman kompleksinin tikintisi 2003-cü ilin oktyabr ayında başlanmış, 2006-cı ildə aprel ayının 12-də hörmətli Prezidentimiz İlham Əliyev cənablarının iştirakı ilə istifadəyə verilmişdir. Kompleksdə 1 böyük zal (əl oyunları zalı) , bir kiçik zal(güləş zalı), 1 qapalı üzgüçülük hovuz vardır. Kompleksin 16 kotteci var. Bunlardan 2 və 4 nəfərlik 2 mərtəbəli lüks, qalanı isə yarım lüks nömrələrdir. Bir dəfəyə 70 nəfər qəbul edə bilir.  Kompleksdə əl oyunları sarayı, güləş və trenajor zalı, geyim və avadanlıqları ilə təchiz olunmuş aerobika zalı, 1 ədəd trenajor zalı, 2 ədəd tennis kortu, 2 ədəd fitnes zalı, internet və vib kafe, mağaza və saunası vardır. OİK-də cüdo, sərbəst güləş, boks, karate, üzgüçülük və futbol idman növləri üzrə bölmələr fəaliyyət göstərir. Bu bölmələrdə 400 nəfərə yaxın yeniyetmə və gənc məşğul olur. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Kompleksin nəzdində beynəlxalq standartlara cavab verən süni örtüklü 7 min kvm ərazisi olan, 3500 nəfər tutumlu şəhər stadionu istifadəyə verilmişdir.  Hal-hazırda Zaqatalanın "Simurq" PFK yüksək liqada iştirak edir və klubun bazası OİK-də yerləşir. Həmçinin OİK-də ikinci köməkçi futbol meydançası bərpa edilir.   
  •  Zaqatala rayonunda Gənclər İdman İdarəsinin nəzdnindəki UGİM-nin güləş zalı və trenajor zalı fəaliyyət göstərir. Müasir standartlara cavab verən zallarda 700-ə yaxın yeniyetmə idmanla məşğul olur.
     
Keçidlər