Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

Rayonda yerləşən şəhər və iri qəsəbələrin adları

  • Zaqatala şəhəri
  • Əliabad qəsəbəsi
  • Yuxarı Tala kəndi
  • Muxax kəndi
  • Danaçı kəndi
  • Aşağı Tala kəndi
  • Maqov kəndi
  • Yeni Suvagil kəndi
  • Çobankol kəndi
  • Bəhmətli kəndi

Rayonun istirahət və turizm zonaları,idman kompleksləri haqqında məlumat

İstirahət və Turizm zonaları

  • "Heydər parkı" - 1947-ci ildə salınmış bu parkın sahəsi 13 hektardır. Burada 27 ağac növü vardır. 2008-ci ildə parkda –yenidənqurma işləri aparılmış və müasir görkəm almışdır. Ulu öndər Heydər Əliyevin abidəsinin ucaldıldığı bu park əhalinin ən sevimli istirahət yeridir.
  • Zərifə Əliyeva adına park - 2008-ci ildə salınmış bu parkda akademik Zərifə Əliyevanın büstü qoyulmuş, müasir səhnə, işıqlandırma sistemi, fəvvarələr quraşdırılmışdır.
  • Dədə Qorqud meydanı - Meydan Zaqatala əhalisinin sevimli istirahət yeridir. Təbiətin möcüzəsi hesab edilən 750 yaşlı və gövdəsinin diametri 6-7 metr olan Çinar ağacı burada yerləşir. El arasında qala düzü pilləkənləri adlanan, 1946-cı ildə inşa edilən, sayı 128 olan pilləkənlər bu ərazidə yerləşir.
  • Zaqatala tarix-mədəniyyət qoruğu - Zaqatala şəhərində yerləşən , 1830-cu ildə inşa edilən Zaqatala qalasında yerləşir. Bu qalada "Patyomkin" zirehli gəmisinin üsyançıları məhbus kimi saxlanılıb. Qalanın divarlarının eni 1.5 metrdir. Qalanın 100-dən çox mazğalı- tüfəng atmaq üçün yeri olub. Qalanın daxilində 20-dən çox yerli əhəmiyyətli tarixi abidə var.
  • Car kəndi - Zaqatala şəhərinin şimalında, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Kəndin ərazisindən 2 dağ çayı /Bəkməz və Zilban/ axır. 3 tərəfi dağlardır. Ümumi sahəsi 1314 ha, əhalisi 3244 nəfərdir. Tarixi abidələrdən car məscidi /XVII əsr/ XVI əsrə aid və müdafiə məqsədləri üçün tikilmiş, hündürlüyü 10-12 metr olan Cigiz qala vardır. Ərazidə "Gülüstan" turist bazası yerləşir. Hazırda turist bazasında məcburi köçkünlər yerləşdirilib.
  • Qəbizdərə kəndi - Mazıx kəndinin şimalında, Böyük Qafqaz dağlarının cənub ətəyində, Katex çayının sağ sahilində yerləşir. Əhalisi 234 nəfərdir. Burada turizm istirahət mərkəzi üçün torpaq sahəsi ayrılmış və tikintisinə başlanılacaqdır. Ərazidə 15 metr hündürlükdən tökülən Respublikanın ən bol sulu şəlaləsi vardır.
  • Pərzivan - Yuxarı Tala və Muxax kəndlərinin arasında Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşir. Sahəsi 142 hektar, əhalisi 110 nəfərdir.
  • Pipan və Silov dərələri - Yuxarı Tala kəndinin şimal-şərqində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. 70 ha sahəni əhatə edir. Tarixi abidələrdən Alban kilsəsi /IV-V əsrlər/ vardır. Burada turizm istirahət mərkəzinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
  • Meşleş kəndi - Yuxarı Tala kəndinin şimalında Tala çayının sol sahilində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. 140 nəfər əhalisi vardır.
  • Yuxarı Çardaxlar - Yuxarı Cardaxlar kəndinin ərazisi 1293 ha, əhalisi 2141 nəfərdir. Rayon mərkəzindən 14 km məsafədə, mərkəzə nəzərən şimal-şərq hissəsində, Böyük Qafqazın cənub ətəklərində yerləşir. Kənddə XIII əsrə aid bürc, Alban kilsə qalıqları, XIX əsrdə tikilmiş məscid vardır. Burada III-IV əsrlərə aid olan, el arasında "Qız qalası" mağarası adlanan "Pəri qala" sı yerləşir. Qala bir neçə otaqdan ibarətdir. Əvvəllər qalaya dağ ətəyi ilə pilləkən olub, sonralar isə təbii aşınma nəticəsində yol dağılmışdır.

Xidmət müəssisələri:

Rayonda 3 ulduzlu, 80 nəfəri qəbul edə bilən "İs otel" mehmanxanası, 4 mərtəbəli, 100 nəfərlik restoranı, Avropa tipli mətbəxi olan "Zaqatala" mehmanxanası, futbol meydançası, idman qurğuları və saunası olan 5 otaqlı "Karvan" istirahət güşəsi, 10 otaqlı "SMU-2"moteli, 10 otaqlı "Turqut" moteli, "Ləzzət" istirahət zonası, atçılıq, faytonla gəzinti, ekoturizim, balıq ovu təşkil olunan "Farel" istirahət zonası və "Qrata hotel"i əhaliyə mədəni xidmət göstərir.

 

 

Keçidlər