Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayon Heydər Əliyev Mərkəzinə növbəti virtual ekskursiya

25 avqust 2020 | 16:00

Respublikamızda tətbiq olunan karantin rejimi şəraitində ayrı-ayrı bölgələrdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin əməkdaşlığı və təcrübə mübadiləsi məqsədilə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzi Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Zaqatala rayon Heydər Əliyev Mərkəzinə növbəti virtual ekskursiya təşkil edib.

Ağdaş Regional Mədəniyyət İdarəsindən bildirilib ki, ZOOM proqramı ilə keçirilən tədbirdə Zərdab və Zaqatala rayon Heydər Əliyev mərkəzlərinin direktorları Könül Rəhimova və Famil Rəhimov hər iki mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə virtual ekskursiya iştirakçılarını tanış ediblər.

Zərdab rayon Heydər Əliyev Mərkəzindən Könül Rəhimova virtual ekskursiya zamanı bildirib ki, mərkəzdə hazırda 195 eksponat, 525 adda 575 kitab mühafizə olunur. Həmin eksponatlar Ümummilli Liderin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gələcək nəslə çatdırılmasında böyük rol oynayır. Mərkəzdə Azərbaycanın müasir dövlətçilik tarixini və Ümummilli Liderin siyasi irsini öyrənmək üçün dəyərli faktlar əldə etmək olar.

Virtual ekskursiya zamanı Zaqatala və Zərdab rayon Heydər Əliyev mərkəzlərinin ekspozisiyalarında nümayiş olunan eksponatlar haqqında geniş məlumat verilib.

Keçidlər