Şriftin ölçüsü :

Saytın rəngi :

Fransanın azərbaycanlı qəhrəmanı

21 avqust 2020 | 16:00

Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi ilə əlaqədar Zaqatala rayon Mərkəzi kitabxanası filial kitabxanaları ilə birlikdə “Fransanın azərbaycanlı qəhrəmanı” adlı videokonfrans təşkil edib.

Konfransı giriş sözü ilə açan Zaqatala rayon MKS-nin direktoru Gülniyar Məmmədova tədbirin Prezident İlham Əliyevin Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi ilə əlaqədar imzaladığı Sərəncama əsasən təşkil edildiyini söyləyib.

Daha sonra metodika və biblioqrafiya şöbəsinin metodisti Sevda Rəhimova və xidmət şöbəsinin böyük kitabxanaçısı Gülmə Balaxinski məruzə ilə çıxış ediblər. Azərbaycanın igid oğlu Əhmədiyyə Cəbrayılovun həyatı və fəaliyyəti haqqında geniş məlumat verilib. Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçib. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak edib. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib.

Əhmədiyyə Cəbrayılovun vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli qəhrəmanlarındandır.

Keçidlər