Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada pandemiya əleyhinə tədbirlər gücləndirilib

04 iyul 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Zaqatala rayonunda pandemiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Operativ Qərargahın tələb və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün rayon icra hakimiyyəti yanında yaradılan qərargah tərəfindən Zaqatala şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində zəruri tədbirlər görülür.

İyulun 4-də Zaqatala şəhərində növbəti kütləvi dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərin prospekt və küçələri, səkilər, yaşayış məhəllələrinin əraziləri dezinfeksiyaedici məhlulla yuyulub, gündəlik tələbat malları mağazalarının, apteklərin, iaşə obyektlərinin giriş-çıxışları təkrar dezinfeksiya olunub.

Eyni zamanda, operativ qərargahın üzvləri tərəfindən əhali arasında maarifləndirici söhbətlər aparılıb, onlara tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması, sanitar-gigiyena qaydalarına riayət edilməsi tövsiyə olunub, maskalar paylanılıb.

Keçidlər