Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda növbəti buraxılış imtahanları başa çatıb

24 iyun 2020 | 16:00

Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 24-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Zaqatala rayonunda ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi növbəti buraxılış (qəbul) imtahanları başa çatıb.
İmtahanların keçirilməsi üçün Zaqatala rayonunda 6 mərkəz ayrılıb. Buraxılış (qəbul) imtahanları Zaqatala şəhərindəki 1, 2 və 3 saylı tam orta, Zərifə Əliyeva adına Texniki təmayüllü lisey, Qazangül qəsəbə və Aşağı Tala kənd 3 saylı tam orta məktəblərdə təşkil olunub.
DİM tərəfindən pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan binalarında əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, otaqlarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.
İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
İmtahanlarda Zaqatala rayonu üzrə 1032 şagird iştirak edib. İmtahanların idarə olunmasına Zaqatala rayonunda 14 imtahan rəhbəri və 108 nəzarətçi-müəllim cəlb olunub.
Bütün imtahan mərkəzlərində buraxılış (qəbul) imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

Keçidlər