Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala kitabxanaçıları rayondakı Heydər Əliyev Mərkəzini ziyarət ediblər

12 iyun 2020 | 16:00

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Zaqatala Rayon Mərkəzi Kitabxanasının əməkdaşları iyunun 12-də rayondakı Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Kitabxanaçılar əvvəlcə buradakı Heydər Əliyev Muzeyi ilə tanış olub, bələdçinin təqdim etdiyi “Tarixin şanlı səhifəsi” mövzusunda məruzəni dinləyiblər. Məruzədə 1993-cü ilin iyununda respublikamızda baş verən ictimai-siyasi proseslərə qısa nəzər salınıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanıb. Diqqətə çatdırılıb ki, 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.

Qeyd olunub ki, Ulu Öndərin bizlərə ərməğan etdiyi müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, ölkəmiz gündən-günə çiçəklənir, dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.

Sonra kitabxananın əməkdaşları Mərkəzin kitabxanasına da baş çəkib, mövcud ədəbiyyatla tanış olublar.

Mərkəzlə tanışlıq zamanı pandemiya dövrünün tələblərinə, o cümlədən tibbi maskanın taxılması, sosial məsafənin qorunması və digər davranış qaydalarına ciddi şəkildə riayət edilib.

Keçidlər