Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Zaqatalada 573,5 hektarda tütün əkilib

11 iyun 2020 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında tütün əkini başa çatıb. Builki mövsümdə zaqatalalı fermerlər 573,5 hektar sahədə tütün yetişdirirlər.

Cari ildə rayonda “Azərtütün ASK” MMC tərəfindən 398,83 hektar sahədə “Virciniya botaniki” növlü, fiziki şəxslər tərəfindən isə 174,64 hektarda digər tütün sortları əkilib. Tütün əkininə 1700-dən çox mövsümi işçi cəlb olunub.

Hazırda tütün sahələrinə aqrotexniki qulluq olunur, becərmə işləri aparılır, gübrə verilir, suvarılır.

Keçidlər