Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala şəhərinin küçələrində təkrar dezinfeksiya işləri aparılıb

20 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Rayon icra hakimiyyəti yanında yaradılan operativ qərargah tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Zaqatala şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq zəruri tədbirlər görülür.

Aprelin 20-də Zaqatala şəhərinin prospekt və küçələrində növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. Əlaqədar qurumların texnika və mütəxəssislərinin iştirakı ilə şəhərin küçələri suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla yuyulub, səkilər dezinfeksiya edilib.

Dezinfeksiyaedici tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

 

Keçidlər