Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala peşə məktəbində gündə 1000-1500 ədəd qoruyucu tibbi maska tikiləcək

03 aprel 2020 | 16:00

Əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının təşəbbüsü və dəstəyi ilə rayonda fəaliyyət göstərən peşə məktəbinin dərzi ixtisas qrupunun istehsalat təlimi ustaları və müəllimləri tərəfindən tibbi maskaların tikilməsinə başlanılıb. Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaq, həmrəylik nümayiş etdirməkdir.

Məktəbin təlim ustası Bənövşə Babayeva, ixtisas müəllimləri Nəfisət Filmanova və Səadət Mustafayeva tərəfindən tikilən tibbi maskalar ehtiyacı olan vətəndaşlara pulsuz paylanılır.

Peşə məktəbində gün ərzində 1000-1500 ədəd qoruyucu maskanın tikilməsi və vətəndaşlara çatdırılması nəzərdə tutulur.

Keçidlər