Şriftin ölçüsü :

Saytın rəngi :

deKoronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonunda ciddi təxirəsalınmaz tədbirlər davam etdirilir.

03 aprel 2020 | 16:00

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonunda ciddi təxirəsalınmaz tədbirlər davam etdirilir.
Zaqatala Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq, bu gün aprel ayının 03-də Zaqatala şəhərində növbəti kütləvi dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərin prospekt və küçələri, yaşayış məhəllələrinin əraziləri, sülh küçəsindəki çoxmənzilli binaların ətrafları dezinfeksiyaedici maddələrlə yuyulub, şəhər ərazisindəki bankomatlarda təmizlik və dezinfeksiya işləri aparılıb.

Keçidlər