Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın buğda sahələrində orta məhsuldarlıq 28 sentnerdir

19 iyun 2019 | 16:00

Cari mövsümdə Zaqatala rayonunda 10 min 990 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 7 min 630 hektarını buğda, 3 min 360 hektarını arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçini davam edir. İndiyədək 1703 hektar arpa və 169 hektar buğda sahəsinin məhsulu biçilib, 5 min 72 ton taxıl istehsal olunub. Arpa sahələrində hər hektardan orta məhsuldarlıq 27, buğda sahələrində isə 28 sentner təşkil edir.

Hələlik sahələrdə 25 taxılbiçən kombayn işləyir. Zərurət yaranarsa, biçinə əlavə kombaynlar da cəlb olunacaq.

Keçidlər