Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq

12 dekabr 2018 | 16:00

Zaqatala şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı dekabrın 12-də həmişə olduğundan daha izdihamlı görünürdü. Rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, sadə zaqatalalılar səhər saatlarından başlayaraq axın-axın parka gələrək, Ulu Öndərin burada ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Dahi rəhbərin vəfatının ildönümü ilə əlaqədar sonra Heydər Əliyev Mərkəzində “Böyük ömrün anları” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə çıxış edənlər zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb, onun nurlu və əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.

Konfransda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Ümummilli Liderin vəfatının ildönümü ilə əlaqədar həmin gün rayonun bütün yaşayış məntəqələrində anım mərasimləri keçirilib, məscidlərdə dualar oxunub.

Keçidlər