Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı fermerlər indiyədək 14 min tondan çox dən qarğıdalı istehsal ediblər

30 avqust 2017 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında qarğıdalı yığımı davam edir. Cari ildə rayonda 4 min 302 hektar sahədə qarğıdalı əkilib. Qarğıdalı əkinlərinə göstərilən yüksək aqrotexniki qulluq tədbirləri nəticəsində bu il sahələrdə bol məhsul yetişdirilib. Fermerlər məhsulun sahələrdən itkisiz yığılması üçün səylə çalışırlar. İndiyədək rayonda 14 min 220 ton dən qarğıdalı istehsal olunub.

 

 

Keçidlər