Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada “Xocalı fəryadı” adlı rəsm və kitab sərgisi açılıb

23 fevral 2017 | 16:00

Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar fevralın 23-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Xocalı fəryadı” adlı rəsm və kitab sərgisi açılıb.

Əsas məqsəd insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsi ilə bağlı həqiqətləri, erməni millətçilərinin vəhşiliklərini gənc nəslə çatdırmaqdır.

Sərgiyə gələnlər, eyni zamanda, Mərkəzin kino zalında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş qanlı hadisələrdən, Xocalı müdafiəçilərinin qəhrəmanlığından bəhs edən sənədli filmə baxır, faciə ilə bağlı məlumatlarını artırırlar.

Sərgi fevralın 27-dək davam edəcək.

Keçidlər