Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qısa vaxtda böyük inkişaf yolu keçib

13 fevral 2017 | 16:00

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının beşinci ildönümü münasibətilə fevralın 13-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən təntənəli mərasimin iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

SHXÇDX-nın beş illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyən etdiyi ordu quruculuğu siyasətinin tələb olunan səviyyədə icrasının təmin edilməsində SHXÇDX-nın rolunu xüsusi vurğulayan icra hakimiyyətinin başçısı Xidmətin rayon şöbəsinin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin rəisi, polkovnik-leytenant Ramil İsmayılov Xidmətin ötən beş ildəki fəaliyyətinə qısa nəzər salıb, səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində görülən işlərdən bəhs edib.

Yubiley tədbirində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəman Natiq Məmmədovun atası Bəşir Məmmədov, Qarabağ müharibəsi veteranı Telman Ramazanov və başqaları çıxış edərək, ordumuzun ötən ilin aprel döyüşlərində qazandığı qələbədən qürur hissi keçirdiklərini, son günlər düşmənin təxribatlarının qarşısını alarkən əsgərlərimizin göstərdiyi qəhrəmanlığı alqışladıqlarını, işğal altından olan torpaqlarımızın azad edilməsində Silahlı Qüvvələrimizin gücünə ürəkdən inandıqlarını bildiriblər.

Tədbirin sonunda xidmətdə fərqlənənlərə mükafatlar təqdim edilib.

Keçidlər