Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Zaqatalada tütün ixracından 11,9 milyon manat gəlir əldə olunub

27 yanvar 2017 | 16:00

Ötən il Zaqatala rayonunda tütün məhsullarının ixracından 11,9 milyon manat gəlir əldə olunub. Bu, əvvəlki illə müqayisədə 4,8 milyon manat çoxdur.

Keçən il rayonun təsərrüfatlarında 601,5 hektar sahədə tütün əkilib, 528 ton quru tütün istehsal olunub. Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin edilməsinə də müsbət təsir göstərib. Belə ki, 2016-cı ildə rayonda tütünçülüklə 1200 nəfərə yaxın istehsalçı məşğul olub.

Cari ildə rayonda tütün əkini sahələrinin daha da artırılması nəzərdə tutulur.

Keçidlər