Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmişdir.

12 dekabr 2014 | 16:00

12 dekabr 2012-ci il tarixdə Zaqatala rayonunda Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və minlərlə sıravi vətəndaş iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə ümummilli liderin adını daşıyan parka gələrək ulu öndərin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Sonra Heydər Əliyev Mərkəzində ümummilli liderimiz  Heydər Əliyevin anım günü münasibəti ilə elmi praktiki konfrans keçirilmişir.    
  Zaqatala rayon fəallarının iştirak etdiyi tədbirdə ilk öncə dövlət himni səsləndirilmiş və ulu öndərə həsr olunmuş video çarx nümayiş etdirilmişdir.
Konfransda Zaqatala rayon icra hakimiyyəti başçısı cənab Mübariz Əhmədzadənin ”Unudulmaz dahi - Sönməyən zəka” mövzusunda geniş məruzəsi dinlənilmişdir. Məruzədə rayon rəhbəri müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir. Daha sonra natiq şərəfli və mənalı ömür yolunun 40 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr etmiş ulu öndərimiz Heydər Əliyev Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratdığını, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazandığını xüsusi vurğulamışdır. Rayon rəhbəri ümummilli liderimiz Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, klassik və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu fenomen şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdən olduğunu qeyd etmiş, ulu öndər, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını xüsusi vurğulamışdır.
Konfransda dinlənilən  digər mövzularda məruzələrdə ulu öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanıb, onun zəngin həyat yolu və çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunulmuşdur.
Sonra məktəblilərin ifasında ulu öndərə həsr olunmuş kompozisiya nümayiş eilmişdir.
Konfrans dahi şəxsiyyətə həsr olunmuş filmin nümayişi ilə yekunlaşmışdır.

Keçidlər