Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala məktəbliləri rayondakı Heydər Əliyev Mərkəzini ziyarət edirlər

17 aprel 2022 | 16:00

Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Zaqatala məktəbliləri rayondakı Heydər Əliyev Mərkəzini ziyarət edirlər. Əsas məqsəd dahi şəxsiyyətin zəngin irsi ilə yaxından tanış olmaqdır.

Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi növbəti ekskursiya zamanı ziyarətçilərə Heydər Əliyevin zəngin və mənalı ömür yolu barədə ətraflı məlumat verilib, Ümummilli Liderin Vətən və xalq qarşısındakı tarixi xidmətləri bir daha xatırlanıb. Məktəblilər Mərkəzin ekspozisiya zalı ilə, Ulu Öndərə dair sənədlər və kitablarla tanış olublar. Diqqətə çatdırılıb ki, dahi rəhbərin bizlərə ərməğan etdiyi müasir müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, ölkəmiz gündən-günə çiçəklənir, dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.

Mərkəzlə tanışlıq zamanı pandemiya dövrünün tələblərinə riayət olunur.

 

Keçidlər