Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada fındıqçılıqda istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkası keçiriləcək

06 sentyabr 2021 | 16:00

Hazırda fındıq sahələrində meyvələrin kütləvi yığım prosesinə hazırlıq işləri aparılır. Yığımın vaxtında və itkisiz aparılması üçün istehsalçıların müvafiq texnika və avadanlıqlarına sahib olması ən vacib amillərdən sayılır. Son zamanlar fındıq istehsalı ilə məşğul olan təsərrüfatlarda fındıqçılıq sahəsində istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarına tələbat gündən-günə artır.

Fermerlərin istək və ehtiyacları nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı texnikaları və avadanlıqlarının sərgi-satış yarmarkasının keçirilməsi qərara alınıb. Yarmarkanın sentyabrın 7-də Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) həyətində mövcud pandemiya qaydalarına uyğun təşkili nəzərdə tutulur.

Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Zaqatala DAİM-in əməkdaşları, bu sahədə ixtisaslaşan şirkətlər, fermerlər və aqrar sahə üzrə mütəxəssislər iştirak edəcəklər.

Fındıq istehsalı ilə məşğul olan fermerlər yarmarkada müxtəlif şirkətlər tərəfindən təklif olunan kənd təsərrüfatı texnika və avadanlıqları ilə bağlı ətraflı məlumat əldə edə bilər, onları maraqlandıran sualları həm mütəxəssislərə, həm də aidiyyəti digər şəxslərə ünvanlaya bilərlər.

Keçidlər