Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala: arpa sahələrində orta məhsuldarlıq 29 sentnerdir

16 iyun 2021 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil davam etdirilir. Bu günədək 1640 hektar sahənin arpası biçilib, 4 min 756 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 29 sentner təşkil edir.  Cari mövsümdə Zaqatala rayonunda 11 min 320 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 7 min 812 hektarını buğda, 3 min 508 hektarını isə arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki illə müqayisədə 320 hektar artıb. Hazırda sahələrdə 19 kombayn işləyir. Buğda biçininə bir neçə gündən sonra başlanılacaq.

Xatırladaq ki, ötənilki mövsümdə Zaqatala rayonunda 11 min 320 hektar sahənin məhsulu biçilib, 35 min 50 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 31 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 1881 ton artıb.

Keçidlər