Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar sərgi açılıb

22 aprel 2021 | 16:00

Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar aprelin 22-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində sərgi açılıb.

Rayonun Danaçı kənd 2 saylı tam orta məktəbin peşə təmayüllü sinif şagirdləri tərəfindən təşkil olunan sərgidə müxtəlif tullantı materiallarından təkrar emal edilərək hazırlanan, gündəlik məişətdə istifadə edə biləcəyimiz 60-dək əl işi, dekorativ əşya nümayiş olunur.

Rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyinin dəstəyi ilə təşkil edilən sərginin məqsədi Yerin və ətraf mühitin problemlərinə insanların diqqətini cəlb etməkdir.

Sərgi üç gün davam edəcək

 

 

Keçidlər