Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Heydər Əliyev Mərkəzinin kollektivi Aprel şəhidi Sərxan Bayramovun ailəsinə baş çəkib

03 aprel 2021 | 16:00

2016-cı ilin Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan mərd oğullardan biri də Zaqatala rayonundan olan Sərxan Bayramovdur. Zaqatalalılar Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim uca tutur, igid həmyerliləri ilə fəxr edir, onların müqəddəs ruhları qarşısında baş əyirlər.

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin kollektivi Aprel döyüşlərinin 5-ci ildönümü ilə əlaqədar şəhid Sərxan Bayramovun məzarını ziyarət edib, ailəsinə baş çəkib.

Şəhidin anası Həlimə xanım Sərxanın ömür yolundan, Vətən sevgisindən, Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

Mərkəzin direktoru Famil Rəhimov Sərxan kimi oğulların şərəfli ömür yolunun gənclər üçün əsl örnək olduğunu vurğulayıb.

Şəhidin anası Həlimə xanım rayon Heydər Əliyev Mərkəzinə oğlu haqqında yazılmış kitablar hədiyyə edib.

Keçidlər