Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil sahəsində keçirilən tədbirlər

Zaqatala şəhər Ş. Qurbanov adına 3 nömrəli tam orta məktəbin Rus dili müəllimləri Musayeva Kəmalə və Bagiyeva Xatirə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dərs keçirdi.
 
   
 
Zaqatala şəhər Ş. Qurbanov adına 3 nömrəli tam orta məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirildi.
 
   
 
Zaqatala şəhər Ş. Qurbanov adına 3 nömrəli tam orta məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirildi.
 
   
 
06.03.2023-cü il tarixində Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Zəfər Murtuzəliyev adına 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivi və gənclər Heydər Əliyev Mərkəzini ziyarət edib.
Ziyarət zamanı qonaqlara Mərkəzin əməkdaşı tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolunu, siyasi fəaliyyətini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Daha sonra ziyarətçilər Mərkəzlə ümumi tanış olub.
 
 
 
05.05.2023-cü il tarixdə Yuxarı Tala kənd T.Yunusov adına 2 N-li tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ,,Şərgin günəşi" adlı tədbir keçirildi.
 
   
 
08.05.2023-cü il tarixində Zaqatala şəhəri Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədov adına 5 nömrəli tam orta məktəbində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycanın Sönməz Günəşi" adlı tədbir keçirilmişdir.Tədbirdə Şəki Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayonu üzrə Təhsil Tektorunun müdiri Kəmalə Əhmədova, Təhsil Sektorunun məsləhətçisi Rəna Abdurahmanova,ATİAHİ - nin sədri Bəhruz Bayramov, Jurnalist Almaniz Ələkbər oğlu Ələkbərov, məktəbimizin adını daşıyan Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun həyat yoldaşı Bəsti Səmədova iştirak etmişdilər.
 
 
 
 
11.05.2023 - cü il tarixində Zaqatala şəhər Z.Murtuzəliyev adına bir nömrəli tam orta məktəbinin müəllimi Ə. Naimənin təşkilatçılığı, VII sinif şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Dahi insan" adlı musiqili-bədii tədbir keçirildi. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra şagirdlərin ifasında Ulu Öndərə həsr olunmuş şeir və mahnılar dinlənildi.
 
 
 
İntellektual bilik yarışı keçirilib
Zaqatala rayonu bir sıra ümumtəhsil məktəblərinin şagirdləri arasında Çobankol kənd tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı intellektual bilik yarışı keçirilib.
Yarışın keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, irsinin yaşadılması və şagirdlər arasında təbliği, eyni zamanda gənclərin maarifləndirici yarışlara marağının artırılmasıdır.
Yarışın nəticələrinə əsasən, I yeri Çobankol kənd orta məktəbin, II yeri şəhər 3 nömrəli, III yeri isə Sumaylı kənd tam orta məktəblərin komandaları tutub.
Qalib gələn komanda üzvləri diplomla təltif olunublar.
 
 
 
 
24.05.2023-cü il tarixdə Akademik Zərifə Əliyeva adına liseyin IV sinif şagirdləri və İbtidai sinif müəllimi Təranə Ağayevanın təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş "Fəxrimiz qürurumuz"adlı tədbir keçirilmişdir.
 
 
  
 
 
Zaqatala rayon Yuxarı Çardaxlar kənd tam orta məktəbinin 100 illiyi münasibətilə "Bir əsrin xatirəsi" adlı yubiley tədbiri keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, İnzibati təşkilat sektorunun müdiri Alqış Həsrətov, Zaqatala rayon təhsil sektorunun müdiri Kəmalə Əhmədova, qazilər, təhsil ocağının məzunları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
 
   
 

20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Qəhrəman yurdun xoşbəxt uşaqları” adlı bayram şənliyi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

Tədbirin əvvəlində Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram şənliyinin iştirakçıları “Xoşbəxt uşaqlar” mahnısının sədaları altında zala daxil olublar. Dövlət Himninin oxunmasından sonra uşaqlara aid videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova ölkəmizdə uşaqların müdafiəsinin, onların hüquq və azadlıqlarının təmin edilməsinin, rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb. Bildirilib ki, uşaqlar sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ölkəmizdə uşaqlara dövlət tərəfindən daim diqqət və qayğı göstərilir, onların sağlamlığı, təlim-tərbiyəsi, təhsili sahəsində ardıcıl iş aparılır.

Bayram şənliyi rayonun məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan istedadlı uşaqların çıxışları ilə davam edib.

 

 

Keçidlər