"Zəfər Yürüşü" keçiriləcək
07 noyabr 2025 | 10:29
08 noyabr 2025-ci il tarixdə 44 günlük Vətən Müharibəsində şanlı qələbəmizin 5-ci ildönümü münasibəti ilə “Zəfər Yürüşü” keçiriləcəkdir. Yürüş saat 12:00-da Zaqatala rayon Heydər Əliyev Mərkəzinin qarşısından başlayaraq “Şəhidlər Xiyabanı” kompleksində yekunlaşacaq.
Əziz zaqatalalılar!
Hər birinizi “Zəfər yürüşündə” iştirak etməyə, ölkəmizin suverenliyi uğrunda canından-qanından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad etməyə, eləcə də həmin gün saat 16:00-da isə Heydər Parkında rayonumuzun incəsənət ustalarının ifasında “Zəfər Günü”nə həsr olunmuş konsert proqramına dəvət edirik.






