Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Gününün altıncı ildönümü münasibətilə Zaqatala rayonunda silsilə tədbirlər keçirilib.

08 noyabr 2026 | 10:03
Zəfər Gününün altıncı ildönümü münasibətilə Zaqatala rayonunda silsilə tədbirlər keçirilib. Tarixi Qələbənin rəmzinə çevrilən əlamətdar gün şəhidlərin xatirəsinə ehtiram, milli qürur və bayram əhvali-ruhiyyəsi ilə qeyd olunub.
Rayon rəhbərliyi, millət vəkili və ictimaiyyət nümayəndələri əvvəlcə şəhər qəbiristanlığında şəhid məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib, “Zəfər kompleksi” abidəsi önünə gül dəstələri düzüblər.
Sonra əlamətdar gün münasibəti ilə ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında rayonun Muğanlı kənd meşəbəyliyi və şəhər ərazisində 1500-ə yaxın şam, qoz və meşə ağacları əkilib. Aksiya zamanı əkilən hər bir tingə arqotexniki qulluq göstərilib.
Daha sonra Zəfər Günü ilə əlaqədar rayon Heydər Əliyev Mərkəzinin konsert proqramı təşkil olunub. Tədbir iştirakçıları öncə mərkəzinin qarşısında ucaldılmış ulu öndərin abidəsini önüdə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Tədbir iştirakçılarına Mədəniyyət Mərkəzinin yerli musiqiçilərinin ifasında vətənpərvərlik mövzusunda hazırlanmış rəngarəng konsert proqramı nümayiş etdirilmişdir.
Keçidlər