Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın qəsəbə və kəndlərində yeni işıqlandırma dirəkləri quraşdırılır

14 oktyabr 2022 | 12:51

Zaqatala Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “İşıqlı kənd” layihəsi çərçivəsində rayonun Əliabad qəsəbəsi, Muxax, Yeni Suvagil və Çobankol kəndlərində piyadaların və avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçələrdə təhlükəsizliyin təmin edilməsi və hərəkətin asanlaşdırılması məqsədi ilə yeni işıqlandırılma dirəkləri quraşdırılıb.

Hazırda Gözbarax kəndində də bu istiqamətdə işlər davam etdirilir. Mərhələli şəkildə rayonun digər yaşayış məntəqələrində də yeni işıqlandırma dirəklərinin quraşdırılması nəzərdə tutulur.

Keçidlər