Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı uşaqların bayram sevinci

01 iyun 2022 | 17:13

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində təşkil edilən “Zəfər müjdəli ölkənin qayğısız fidanları” adlı tədbir uşaqlara xoş əhval-ruhiyyə, əsl bayram keyfi yaşadıb. Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Heydər Əliyev Mərkəzi və Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin və qazilərin övladları, uşaqlar və onların valideynləri, təhsil müəssisələrinin kollektivləri iştirak ediblər.  Tədbirin rəsmi hissəsində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, incəsənət məktəbinin direktoru Fərhad Acırqayev çıxış edərək, uşaqları əlamətdar bayram münasibətilə təbrik edib, ölkəmizdə uşaqlara dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini, onların sağlamlığının qorunması, təlim-tərbiyəsi və təhsili sahəsində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildiriblər. Tədbirdə incəsənət məktəbinin kollektivi və rayon Heydər Əliyev Mərkəzinin musiqi dərnəyinin üzvləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Keçidlər