Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada yol polisləri uşaqlara bayram hədiyyələri paylayıb

01 yanvar 2023 | 10:30

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Yeni il bayramı münasibətilə azyaşlıları sevindiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhərin müxtəlif küçə və prospektlərində keçirilən tədbirlər zamanı avtomobillərdə sərnişin qismində olan, eləcə də piyada hərəkətdə olan uşaqlara bayram hədiyyələri təqdim edilib.

Azyaşlıların valideynləri göstərdikləri diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Keçidlər