Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada yaş barama istehsalının 31 tona çatdırılması hədəflənir

26 aprel 2023 | 12:08

Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 8 ton artırılaraq, 31 tona çatdırılması proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi, bu il də kümçülərə paylanılan ipəkqurduları rayonun özündə inkubasiya olunub.

 Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən ipəkqurdu toxumunun 760 qutusu aprelin 14-də Zaqatala rayonundakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti aprelin 26-da başa çatıb və əldə olunan ipəkqurdunun bölgü əsasında rayonun kümçülərinə paylanılmasına başlanılıb. Barama istehsalçılarına ipəkqurdunun paylanılması prosesi iki gün müddətində başa çatdırılacaq.

Məntəqədən verilən məlumata görə, builki mövsümdə rayonda 200-dən çox kümçü ipəkqurdunun yemlənməsi ilə məşğul olacaq.

Xatırladaq ki, ötənilki mövsümdə rayonda 23 tona yaxın yaş barama istehsal edilib.

Keçidlər