Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada “Technest” təqaüd proqramının Məzun günü keçirilib

16 iyun 2023 | 09:26

“Technest” təqaüd proqramı çərçivəsində Zaqatalada Məzun günü keçirilib.

Dörd ay müddətində “İT əsasları və veb proqramlaşdırma” üzrə baş tutan təlimlərin yekununda 30 nəfər məzun olub. Məzun gününün açılışında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan HR İnstitutu, Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndəsi və Milli Məclisin deputatları iştirak ediblər.

Tədbirə Balakəndən olan məzunlar da qoşulublar. Açılış nitqindən sonra auditoriyaya “Technest” təqaüd proqramı haqqında məlumat verilib, bu istiqamətdə görülən işlərdən danışılıb. Daha sonra İT əsasları və veb proqramlaşdırma üzrə məzun olan təqaüdçülər sertifikatlarla təltif olunublar.

Sonda auditoriya ilə sual-cavab sessiyası keçirilib.

Qeyd edək ki, “Rəqəmsal Azərbaycana doğru” layihəsi regionlarda rəqəmsal savadlılığın artırılması, İKT üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, regionun İKT sahəsində mövcud potensialının ölçülməsi, daimi monitorinqə əsasən tədbirlərin görülməsi və inkişafa dəstək göstərilməsi məqsədilə həyata keçirilir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2022-ci il noyabrın 24-dən start verdiyi regional layihə çərçivəsində Azərbaycanın 60-dan çox şəhər və rayonunda İKT üzrə maraq və təcrübəyə sahib, bu sahədə çalışan, tədris alan və karyera hədəfləyən region sakinləri ilə maarifləndirici, məlumatlandırıcı təlimlər, eyni zamanda, icra orqanları, müvafiq təşkilat və qurumlarla ikitərəfli görüşlər keçirilir.

Keçidlər