Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada şəhidlərin xatirə abidəsi əsaslı təmir olunur

28 oktyabr 2023 | 09:14

Zaqatala şəhərindəki şəhidlərin xatirə abidəsində büdcə vəsaiti hesabına əsaslı təmir işlərinə başlanılıb. Şəhərin mərkəzində yerləşən bu abidə vətəndaşların ən çox ziyarət etdiyi məkanlardan biridir. Yenidən qurulan abidədə ərazi bütövlüyümüz uğrunda canlarından keçən 235 zaqatalalı şəhidin adı və fotosu həkk ediləcək, abidənin ətrafı abadlaşdırılacaq.

Şəhərdə aparılan abadlıq işləri çərçivəsində yaxın günlərdə 12 küçənin asfaltlaşdırılması işlərinə başlanılması da nəzərdə tutulur.

Keçidlər