Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada payızlıq dənli bitkilərin səpininə başlanılıb

10 oktyabr 2022 | 10:57
Zaqatala rayonunda gələn ilin məhsulu üçün 7780 hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Bu məqsədlə indiyədək 4410 hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Artıq rayonun bəzi ərazilərində arpa səpininə də start verilib.
Payızlıq dənlilərin səpini üçün rayonun toxumçuluq təsərrüfatlarında lazımi qədər toxum fondu yaradılıb. Hazırda ayrılmış buğda və arpa toxumu təmizlənərək dərmanlanır və səpinə hazır vəziyyətə gətirilir. Eyni zamanda, fermerlər səpin üçün lazım olan keyfiyyətli toxumları digər toxumçuluq təsərrüfatlarından da ala biləcəklər. Səpində iştirak edəcək 400-dək müxtəlif təyinatlı traktor və toxumsəpən aqreqat təmir olunaraq saz vəziyyətə gətirilib.
Qeyd edək ki, builki mövsümdə Zaqatala rayonunda 7 min 772 hektar sahənin məhsulu biçilib, 27 min 286 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 35,1 sentner təşkil edib.
Keçidlər