Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış keçirilib

20 iyun 2025 | 10:05

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə özünüməşğulluq proqramı çərçivəsində Zaqatala şəhər sakinləri Samir Kərim oğlu Abdullayev və Maisə Afər qızı Qafarova üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə S.Abdullayev üçün telefon təmiri, M.Qafarova üçün isə kişi bərbərxanası istiqaməti üzrə kiçik təsərrüfatlar qurulub. Onlar kiçik biznesə çıxış imkanlarına malik olmaq üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Bildirilib ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Zaqatala rayonunda 1923 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihə əsasında Zaqatala rayonunda bu il mayın 1-dən fəaliyyət göstərən günərzi qayğı mərkəzində uşaqlara göstərilən xidmətlər nəzərdən keçirilib. Vurğulanıb ki, mərkəzdə əhalinin həssas qruplara aid olan, həmçinin əlilliyi olan 30 uşağa xidmət göstərilir. Psixoloq, sosial işçi, pedaqoq və digər mütəxəssislər tərəfindən onların qavrayış, emosional və fiziki inkişafına, sosial uyğunlaşmasına, ilkin yazı və oxuma bacarıqlarına yiyələnmələrinə və s. dəstək işləri aparılır. Agentliyin sifarişi ilə icra olunan layihə üzrə hazırda ölkəmizin 30 şəhər və rayonunda günərzi qayğı mərkəzləri fəaliyyət göstərir.

Keçidlər