Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada mövsümün ilk günündə 351 kiloqram yaş barama təhvil verilib

30 may 2023 | 10:09

Mayın 29-da Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə rayonda yerləşən barama qəbulu və qurutma məntəqəsinə kümçülər tərəfindən 351 kiloqram yaş barama təhvil verilib.

Builki mövsümdə rayonda yaş barama istehsalının 31 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi üçün 200-dən çox kümçü ilə müqavilə bağlanılıb, onlara 760 qutu, yəni 14 kiloqram 440 qram ipəkqurdu paylanılıb.

Mövsümün ilk günündə Bəhmətli kəndindən İlqar Qaraxanov məntəqəyə 120 kiloqram, Danaçı kəndindən Çingiz Ömərov 102 kiloqram, Lahıc kəndindən Səfiyyə Atayeva isə 129 kiloqram yaş barama təhvil veriblər. Kümçülərdən yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir.

Qeyd edək ki, ötən il olduğu kimi, builki mövsümdə də istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

Keçidlər