Zaqatalada “Əsgərə məktub” layihəsi
16 oktyabr 2023 | 10:12
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Əsgərə məktub" layihəsi keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayonun ali və orta təhsil məktəblərinin tələbə və şagirdləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Layihə iştirakçıları Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə xoş arzularını yazdıqları məktublarla çatdırıblar.