Zaqatalada dövlət hesabına tikilən 5 min ev sənədləşdirilib
26 oktyabr 2022 | 10:51
Zaqatala rayonunda təbii fəlakət nəticəsində dağılmış və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin Dövlət Xidməti tərəfindən sənədləşdirilməsi məqsədilə səyyar qeydiyyat xidməti göstərilib.
Belə tədbirlər sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur.
Məlumat üçün bildiririk ki, Fərmanın əhatə etdiyi şəxslərin adlı siyahısı Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) yerləşdiriləcək.